"İnter"in baş məşqçisi vəzifəsində hamının gözü var. Lakin Zaur Svanadzeyə hansısa təzyiqin olmasına və ya kiminsə onun ayağının altını qazmasına heç vaxt imkan vermərik. Ramiz Məmmədovu sırf əvəzedici komanda ilə işləmək üçün dəvət etmişik. "Qəbələ"də, Qazaxıstan və İranda çalışıb, yaxşı təcrübəsi var”.
Qol.az-ın "Report” agentliyinə istinadən yaydığı xəbərə görə, bunu Bakının "İnter” futbol klubunun icraçı direktoru Rəmiş Malıyev Ramiz Məmmədovun əvəzedici komandanın koordinatoru vəzifəsinə təyinatına münasibət bildirərkən deyib. O qeyd edib ki, R.Məmmədovun bu təyinatı əsas komandanın baş məşqçisi vəzifəsində gürcüstanlı Zaur Svanadzenin əvəzlənməsinə hazırlıq məqsədi daşımır.
Lakin klub rəsmisi gələcəkdə belə bir təyinatın baş tutma ehtimalını da istisna etməyib: "Baş məşqçimizə inanırıq, ən çətin anlarda klubun yanında olub və öz işini göstəricilərlə ortaya qoyub. Kiminsə gəlib ümumi işimizə xələl gətirməsinə imkan vermərik. Ramiz müəllimin də təcrübəsinə inanırıq. Gəlsin, əvəzedici heyətə məsləhətlərini versin. Bu gün və növbəti mövsüm üçün gündəlikdə belə bir məsələ yoxdur. Avropa Liqasına nəticələr uğursuz olsa belə, Svanadze vəzifəsində qalacaq. Özü istefa versə necə? Gümanlarla danışmayaq. Sabah nəyin necə olacağına heç kim təminat verə bilməz. Bu məsələ ilə bağlı konkret onu deyə bilərəm ki, Məmmədovun təyinatı əsas komandanın baş məşqçisi vəzifəsinə hazırlıq məqsədi daşımır”.
R.Malıyev "İnter”də may ayının əmək haqqının gecikməsinin uğursuz nəticələrə və Z.Svanadzenin istefasına zəmin yaratamaq xarakteri daşımadığını da vurğulayıb: "Maaşların gecikməsinin nəticəyə təsiri ola da bilər, olmaya da. Aprelin maaşları ödənilib, mayınkı qalıb. İşçi qaydada bu məsələləri həll edirik”.
Qeyd edək ki, iyunun 20-də Ramiz Məmmədov "İnter”də əvəzedici heyət üzrə koordinator təyin olunub. Onun bu vəzifəyə gətirilməsi 50 yaşlı mütəxəssisin əsas komandanın baş məşqçisi vəzifəsinə Zaur Svanadzeni əvəzləyəcəyinə dair iddialara zəmin yaradıb.
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol