"Zirə" ilə oyunda favorit ola bilərik" - "Astra"nın baş məşqçisi

"Zirə" ilə oyunda favorit ola bilərik" -  "Astra"nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 21 İyun 2017 / 12:33 3305
-  A +

“Avropa Liqasının II təsnifat mərhələsində "Zirə" və ya "Differdanj"la oyunda favorit ola bilərik. Ancaq ilk növbədə komandamız güclənməlidir.

Qol.az-ın xəbərinə görə, bu sözləri "Astra"nın baş məşqçisi Eduard Yordanesku news.ro saytına açıqlamasında deyib.

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubu ilə qarşılaşacaq. Ayxan Abbasovun komandası mərhələni keçsə, "Astra"ya rəqib olacaq.

Rumıniya klubunun baş məşqçisi komandada bəzi problemlərin olduğunu bildirib: “Zirə” ilə "Differdanj"ın oyunlarını izləyəndən sonra buna uyğun plan quracağıq. Düzünü desəm, problemlərimiz var. Hazırda Sloveniya toplanışında 16-17 oyunçumuz var. Onların çoxu  II və III liqalarda çıxış edən cavan futbolçulardır. Bəzi mövqelərə yeni transferlər edə bilsək, uğur qazana bilərik.  Bizi çətin oyunlar gözləyir. Rəhbərlik yeni transferlərin olacağını deyib. Komandanı tez formalaşdıracağımıza ümid edirəm Hədəfimiz böyükdür. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik”.

Qeyd edək ki, "Zirə"nin "Differdanj"la ilk oyun iyunun 29-da Bakıda, cavab görüşü isə iyulun 6-da səfərdə olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın