32-ci dəfə Argentina çempionu oldular

32-ci dəfə Argentina çempionu oldular
DÜNYA FUTBOLU 21 İyun 2017 / 12:06 3300
-  A +

"Boka Xuniors” Argentina çempionatının qalibi olub.

Qol.az-ın  məlumatına görə, komanda yarışın başa çatmasına bir tur qalmış birinci yeri rəsmiləşdirib.

Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici "Banfild”in 29-cu turda səfərdə "San-Lorenso"ya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib.

Bununla da, "Boka Xuniors” tarixində 32-ci dəfə ölkə çempionu olub.

Əlavə edək ki, 28 turdan sonra "Boka Xuniors"un 59 xalı var. Çempiondan 1 oyun çox keçirən "Banfild" 54 xalla ikincidir.


Son xəbərlər