"Bu səhvləri görmək vacib idi" - Ayxan Abbasov

"Bu səhvləri görmək vacib idi" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 20 İyun 2017 / 23:00 3153
-  A +

“Bu görüş bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Vitorul”la yoxlama oyunundan (1:2) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

O, qarşılaşmanı belə şərh edib: “Rəqib Rumıniya çempionu idi, güclü komandadır. Maraqlı oyun oldu. İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq.

A.Abbasov komandasının Türkiyə toplanışını da dəyərlənidirib: “Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burda taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odur ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord