"Səbail" "Qarabağ"ın futbolçusunu aldı

"Səbail" "Qarabağ"ın futbolçusunu aldı
GÜNDƏM 20 İyun 2017 / 18:36 4921
-  A +

Bu ilin yanvar ayından  "Səbail"də icarə əsasında çıxış edən “Qarabağ”ın futbolçusu  Emil Balayev daha iki il paytaxt təmsilçisində oynayacaq.

Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə,  23 yaşlı qolkiper "Qarabağ"dan birdəfəlik transfer olunub və onunla iki illik müqavilə imzalanıb.

Emil Balayev 6 ayda 11 dəfə “Səbail”in qapısını qoruyub.

Qeyd edək ki, Samir Əliyevin komandası gələn mövsümdən Premyer Liqada çıxış edəcək.

Daha çox


Son xəbərlər