“Sizə kim dedi ki, mən qafqazlıyam?” – Aleksandr Səmədov

“Sizə kim dedi ki, mən qafqazlıyam?” – Aleksandr Səmədov
GÜNDƏM 20 İyun 2017 / 18:00 12578
-  A +

Rusiyalı aktrisa və teleaparıcı Alla Mixiyeva Konfederasiyalar kubokunda milli komandalarının Yeni Zelandiyaya qalib gəldiyi oyundan (2:0) sonra bəzi futbolçularla ayaqüstü müsahibə edib.

Qol.az-ın xəbərinə görə, gözlənilməz sualları ilə tanınan Mixiyeva futbolçuları da təəccübləndirib. O, mikrofonu Rusiya millisinin əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədova da uzadaraq “Mən sizi tanıyıram. Siz qafqazlısınız” deyib.

Səmədov isə cavabında “Sizə kim dedi ki, mən qafqazlıyam? Mən Moskvada doğulmuşam, sadəcə, qafqazlıya oxşayıram” – deyə bildirib.

Alla Mixiyevanın futbolçularla dialoquna aşağıdakı videoda baxa bilərsiniz:


Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord