"Qarabağ" bölgənin ən sevimli komandasıdır" – Gürcüstan səfiri

"Qarabağ" bölgənin ən sevimli komandasıdır" – Gürcüstan səfiri
GÜNDƏM 20 İyun 2017 / 12:19 4116
-  A +

“Qarabağ” təkcə Azərbaycanı deyil, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdur”


Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəsini təmsil edən “Samtredi”anın “Qarabağ”la keçirəcəyi oyunlarla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın “futbolpress.az”a istinadən yaydığı xəbərə görə, səfir bununla bağlı sualları cavablandırıb.


- Püşkatmanın nəticəsindən xəbərdarsız? ÇL-də "Qarabağ" "Samtredia" ilə düşdü.

- Bəli, xəbərdarıq. Hər iki tərəf üçün gözəl xəbərdir. Mən bunu idman baxımından demirəm təbii ki (gülür). Ölkələrimiz arasında idmanda ədalətli rəqabətə isə söz ola bilməz.

- Son illər püşk Gürcüstan və Azərbaycan klublarını rəqib çıxarmağı sevir...

- Püşk ən doğrusunu edib (gülür).  "Samtredia" Gürcüstanın ənənəsi olan klublarındandır. Mükafat baxımdan muzeyi elə zəngin olmasa da, həmişə istedadlı futbolçular yetişdirib. "Qarabağ" isə bölgənin ən sevimli klubudur. Artıq neçə ildir ki, Azərbaycanı, mən deyərdim, bütün Qafqazı Avropada layiqincə təmsil edən tək klubdur. "Samtredia" üçün çətin olacaq. Ən xoşuma gələn isə komandanın Qafqaz texnikasına xas futboludur.

- Bakıdakı oyuna stadiondan baxmaq imkanınız olacaq?

- Buna çalışacağıq. Bu, futbol bayramıdır.

- "Hansı komandaya azarkeşlik edəcəksiz" - sualını verməyə gərək yoxdur yəqin...

- "Dinamo Tbilisi" azarkeşiyəm, ancaq bu oyunda möhtəşəm futbola azarkeşlik edəcəm. Bildiyim qədər "Qarabağ" son illər ardıcıl Avroliqada qrup mərhələsinədək irəliləyir və orda da yaxşı oyun sərgiləyir. Bu, böyük göstəricidir. Gürcüstan futbolunda da bir müddət davam edən durğunluğa son verilib, artıq islahatların nəticəsini görməkdəyik.

II təsnifat mərhələsinin qarşılaşmaları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər