"Qarabağ"la düşsəydik, yaxşı olardı" - litvalı futbolçu

"Qarabağ"la düşsəydik, yaxşı olardı" - litvalı futbolçu
GÜNDƏM 20 İyun 2017 / 12:12 5893
-  A +

Litvanın “Jalgiris” klubunun yarımmüdafiəçisi Mantas Kuklis Çempionlar Liqasının püşkatmasından narazı qalıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ÇL-in ikinci təsnifat mərhələsiin püşkündə Bolqarıstan "Ludoqorets"I ilə yox, "Qarabağ" və ya "Partizan"la (Serbiya) düşməyi istədiyini bildirib:

“Fikrimcə, bizim üçün uyğun rəqiblər “Qarabağ” və “Partizan” idi. Nisbətən zəif rəqiblər idi. Bu komandalardan biri ilə oynamaq yaxşı olardı. Amma püşk “Ludoqorets”i bəxtimizə çıxardı. Onlar Çempionlar Liqasında oynamış komandadır. Çətin olacaq. Düzdür, güclü komandalarla matç həmişə maraqlı olur”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı