"Qalatasaray" Avroliqaya II mərhələdən başlayır

"Qalatasaray" Avroliqaya II mərhələdən başlayır
XƏBƏR 19 İyun 2017 / 17:59 6170
-  A +

Bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək "Qalatasaray" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Qol.az-ın xəbərinə görə, superliqanı 4-cü pilləd başa vuran İstanbul klubunun rəqibi bəllidir. İqor Tudorun komandası İsveçin "Östersunds" klubu ilə qarşılaşacaq.

Komandalar arasında ilk görüş iyulun 13-də İsveçdə, iyunun 20-də isə Türkiyədə keçiriləcək.

Qeyd edək ki, mövsümü 3-cü pillədə başa vuran "Fənərbaxça" Avroliqanın III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Türkiyə kubokunun qalibi olan "Konyaspor" yarışa birbaşa qrup mərhələsindən qatılacaq. Superliqanın qalibi olan "Beşiktaş" Çempionlar Liqasının qrup mərhələsindən, mövsümün gümüş mükafatçısı "Başakşəhər" isə III təsnifat mərhələsindən mübarizəyə başlayacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı