"İlk oyunun evdə olması bizim üçün üstünlükdür" - Ayxan Abbsov

"İlk oyunun evdə olması bizim üçün üstünlükdür" -  Ayxan Abbsov
GÜNDƏM 19 İyun 2017 / 15:38 4890
-  A +

"Differdanj" ölkəsinin ən güclü 2 klubundan biridir. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının I təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, klubun rəsmi feysbuk səhifəsinə açıqlamasında ilk görüşün Bakıda keçirlməsinin "Zirə" üçün üstünlük olduğunu bildirib: "Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq. Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord