"Samtredia" “Qarabağ”ı yaxşı tanıyır” – Qurban Qurbanov

"Samtredia" “Qarabağ”ı yaxşı tanıyır” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 19 İyun 2017 / 14:58 6127
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinün püşkünü dəyərləndirib.

Qol.az-ın xəbər verir ki, klubun saytına açıqlamasında o, rəqibləri olan Gürcüstan çempionu “Samtredia” ilə bağlı fikirlərini açıqlayıb.

“Bizə 5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" “Qarabağ”ı daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk” – deyə Q.Qurbanov bildirib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı