"Yuventus"dan 30 milyonluq transfer

"Yuventus"dan 30 milyonluq transfer
XƏBƏR 19 İyun 2017 / 12:38 4431
-  A +

"Yuventus" yeni mövsüm üçün növbəti transferini bitirmək üzrədir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "Sampdoriya"nın hücumçusu Patrik Şik Turun təmsilçisinə keçəcək. Bu transfer üçün klub 3 il ərzində 30.5 milyon avro təzminat ödəyəcək.

Məlumatı "Sampdoriya"nın prezidenti Massimo Ferrero təsdiqləyib: "Danışıqlar başa çatıb. Sənədlərin imzalanması mərhələsindəyik. Patrik  demək olar ki, "Yuventus"un oyunçusudur".


Son xəbərlər