Eddinin komandası La Liqaya yüksəlmək şansını itirdi

Eddinin komandası La Liqaya yüksəlmək şansını itirdi
GÜNDƏM 19 İyun 2017 / 10:15 3003
-  A +

Millimizin futbolçusu Eddi İsrafilovun  çıxış etdiyi “Kadiz” La Liqaya yüksəlmək uğrunda ikinci pley-off oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda səfərdə "Tenerife" ilə qarşılaşıb.
 
İlk görüşdə evdə minimal fərqlə qələbə qazanan (1:0) “Kadiz” səfər oyununda eyni hesabla uduzub. Ümumi hesab bərabərə olduğundan, əlavə 30 dəqiqə oynanılıb. Burada da qol olmadığından “Kadiz” mübarizəni dayandırıb.
 
Çünki yarışın əsasnaməsinə görə, hesab bərabər olduğu zaman İspaniya ikinci liqasında mövsümü yuxarı pillədə başa vuran tərəf qalib elan olunur. “Kadiz” 5-ci, “Tenerife” isə 4-cü yeri tutduğundan, ikincilər pley-off mərhələsində finala yüksəliblər.

Eddi  bu görüşdə ehtiyatda qalıb.
 
Qeyd edək ki, La Liqaya vəsiqə uğrunda final oyunları “Tenerife” ilə “Xetafe” arasında keçiriləcək.

Daha çox


Son xəbərlər