Klublarımızın Avroliqada rəqibləri müəyyənləşdi

Klublarımızın Avroliqada rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 19 İyun 2017 / 16:52 20061
-  A +

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən püşkatmada təmislçilərimiz - "Zirə", "İnter" və "Qəbələ"nin də rəqibi bəlli olub. "Zirə" “Differdanj”la (Lüksemburq), "İnter", “Mladost”la (Serbiya) qarşılaşacaq. Hər iki komandamız yarışa ilk təsnifat mərhələsindən başlayacaq.

"Mladost" (Serbiya) - "İnter" (Azərbaycan)

"Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksenburq)

“İnter” "Mladost" səddini keçsə,  “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. “Zirə” – “Differdanj”ın duelinin rəqibi isə Rumıniyanın “Astra” klubu olacaq.


Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Qəbələ" isə I mərhələdə mübarizə aparacaq "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

"Qəbələ" - "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı