“Liverpul”dan Obameyanqa təklif – 70 milyon

“Liverpul”dan Obameyanqa təklif – 70 milyon
XƏBƏR 18 İyun 2017 / 21:06 3915
-  A +

“Liverpul” Dortmund “Borussiya”sının futbolçusu Pyer-Emerik Obameyanqı heyətinə qatmaq istəyir.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, yeni hücumçu axtarışında olan İngiltərə klubu 28 yaşlı futbolçu üçün 70 milyon avroluq təklif göndərməyə hazırlaşır.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp sabiq futbolçusunu öz komandasında görmək istədiyi bildirilir.

Qeyd edək ki, qabonlu hücumçu ilə PSJ klubu da maraqlansa da, bu transfer baş tutmayıb.

Əlavə edək ki, P. Obameyanqın klubu ilə 2020-ci ilin iyununa qədər müqaviləsi var.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"