Fuad Musayev dəfn olundu

Fuad Musayev dəfn olundu
XƏBƏR 18 İyun 2017 / 18:00 4149
-  A +

Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib.

Qol.az-ın xəbərinə görə, Təzə Pir məscidində təşkil olunmuş mərasimə mərhumun yaxınlarından əlavə, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev və digər futbol veteranları iştirak ediblər.

Cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynləri və bacısının yanında dəfn olunub.

Xatırladaq ki, Fuad Musayev AFFA-nın ilk prezidenti olub. O, 1992-2003-cü illərdə federasiyaya rəhbərlik edib.


Son xəbərlər