"Qarabağ"ın ilk yoxlama oyununun vaxtı bilindi

"Qarabağ"ın ilk yoxlama oyununun vaxtı bilindi
GÜNDƏM 18 İyun 2017 / 17:08 4658
-  A +

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”ın ilk yoxlama oyunun vaxtı dəqiqləşib.

Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi ilk sınağına iyunun 20-də çıxacaq.

Qurban Qurbanovun komandası Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Rusiya Premyer Liqasında çıxış edən “Terek” bir müddət öncə adını dəyişdirərək “Axmat” olub.  Komanda bu adla ilk oyununu Avstriyada toplanışda olan “Qəbələ”yə qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord