Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Xetafe" yenidən La Liqada

Yazarlar
 Getdi...
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Şimali İrlandiya - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" uduzdu
"Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də
Muarem Muarem Türkiyə klubunda
Linklər
525ci Qəzet

“O stadiona Fuad Musayevin adı verilməlidir”
A A A

[18.06.2017]
“O stadiona Fuad Musayevin adı verilməlidir”

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!


Ötən həftə ərzində  Fuad Musayevə bir neçə dəfə zəng etdik, ancaq cavab gəlmədi. Onunla futbolumuzun hazırkı durumu barədə danışmaq istəyirdik. Təəssüf ki, iki gün əvvəl ölüm xəbərini eşitdik. Böyrək çatışmazlığından əziyyət çəkən Musayev Moskvada dünyasını dəyişib.

Biz də budəfəki mövzumuzu müasir Azərbaycan futbolu üçün xeyli işlər görmüş bu şəxsiyyətə həsrət etməyi özümüzə borc bildik.

Fuad Musayev AFFA-nın qurucusu və ilk prezidenti olub. 11 il (1992-2003) bu vəzifəni icra edən Musayevin idarəçiliyi haqda ziddiyətli fikirlər var. Musayevin bəzi qərarları bu gün də müəyyən insanlar tərəfindən bəyənilmir. Amma onun futbolumuz üçün müsbət işlər gördüyünü deyənlər, idarəçiliyini örnək göstərənlər də az deyil.

Fuad Musayev barədə ilk olaraq onun uşaqlıq dostu, uzun illər AFFA-da onunla çiyin-çiyinə çalışan, qurumun sabiq baş katibi (1994-2003) Çingiz İsmayılova müraciət etdik.

- Fuad Musayevlə bir məhlədə böyümüşük. Evimizin arasında 300-400 metr məsafə vardı. Çox çılğın uşaq idi. Onun komandası ilə oyun keçirmirdik. Çünki həmişə cığallıq edirdi (gülür).

Fuad Musayevdə bir maraqlı şəkil var idi. 1940-50-ci illərdə futbol oynadığı uşaqların hamısını bir yerə yığıb şəkil çəkdirmişdi. Həmin şəkildə olan uşaqların içərisindən bir neçə alim çıxdı. Fuad Musayev ölənə qədər onlara əlaqəni kəsmədi. Çox sədaqətli insan idi.

Çingiz İsmayılov AFFA-nın yaradılmasını, o dövrdə baş verənləri yaxşı xatırlayır: “1991-ci ilin sonlarında məlum oldu ki, artıq SSRİ çempionatı keçirilməyəcək. Biz federasiya yaratmalı idik. Mən onda “Neftçi”nin rəisi işləyirdim. AFFA-nın yaradılması ilə bağlı iclas çağırıldı. 1992-ci ilin may ayında federasiyamız təsis edildi. Daxili çempionatımız olmalı idi. Çalışırdıq ki, çempionatda bütün regionların komandası olsun. Müxtəlif bölgələrdən 22 komanda ilə 2 yarımqrupda çempionat keçirdik. 1992-ci ilin yekunlarını, komandaların sayını, adlarını FİFA-ya göndərdik. Bundan başqa, öz milli komandamız haqda fikirləşməli idik. "Neftçi"də vaxtilə çıxış etmiş futbolçuların bəziləri SSRİ-nin digər şəhərlərində futbol oynayırdılar. Onları da dəvət etdik və Gürcaani şəhərində Gürcüstanın yığma komandası ilə oyun keçirdik. Bununla da, milli komanda yaradıldı. Çempionatımız da keçirilirdi. Nəticədə bizi UEFA-ya müvəqqəti olaraq üzv qəbul etdilər. Ancaq biz 1994-cü ilin dünya çempionatının seçmə oyunlarında iştirak edə bilmədik. Fuad Musayevin böyük əməyi nəticəsində 1994-cü ildə AFFA rəsmən FİFA və UEFA-nın tamhüquqlu üzvü oldu.

1994-cü ildə Ermənilər hay-küy qaldırdılar ki, Azərbaycanda vəziyyət sabit deyil. UEFA-dan bizə məktub gəldi ki, ev oyunlarınızı Azərbaycanda keçirə bilməzsiniz. Təklif etdilər ki, oyunlarımızı ya Rusiyada, ya da Moldovada keçirək. Fuad Musayev isə etiraz etdi ki, niyə oktyabr ayında oyunumuzu şimalda, soyuqda keçirməliyik? Cənubda yer tapacağımızı UEFA-ya bildirdi. Musayevin Türkiyə Futbol Federasiyasına müraciətindən sonra onlar bizə kömək etdilər. Avropa çempionatının seçmə mərhələsində ev oyunlarımızı Trabzonda keçirdik.

Fuad Musayevin güclü təşkilatçılıq qabiliyyəti vardı. O, AFFA prezidenti olanda Nazim Hüseynovu da vitse-prezident təyin etdi. Nazim Hüseynov ingilis dilini bilirdi. Onlar qısa müddət ərzində AFFA-nın nizamnaməsini hazırladılar və UEFA-ya təqdim etdilər. Gecə-gündüz işləyirdilər. Müxtəlif federasiyalarla əlaqə saxlayırdılar ki, bizi tanısınlar, yoldaşlıq oyunlarına dəvət etsinlər.


Çingiz İsmayılov

Bir gün Fuad Musayev mənə dedi ki, Çingiz, pulumuz var, ya maaşımızı artırmalıyıq, ya da stadion tikməliyik. Mənə elə gəlir ki, stadion tiksək, daha yaxşı olar. Mən də razılaşdım. Bu, elə bir stadion olmalı idi ki, milli komanda da orada hazırlıq keçsin. Yəni hər cür şəraiti olmalı idi. Biz Türkiyə şirkəti ilə əlaqə saxladıq. Onlar “Trabzonspor”un stadionuna bənzər bir layihə ilə “Şəfa” stadionunu (indiki “İnter Arena” – red.) tikdilər. Ona qədər çox çətinliklərimiz var idi. Təsəvvür edin ki, milli komandamız Polis Akademiyasının staionunda məşq edirdi. Fuad Musayevin tikinti sahəsində böyük təcrübəsi var idi. Onun işi hər gün tikilən stadionundan başlayırdı. Evdən birbaşa ora gedirdi. Tikinti ilə məşğul olanlara göstərişlərini verirdi. Bir Allah şahiddir ki, biz o staidonun tikilməsi üçün nə qədər əziyyət çəkmişik. Məncə, o stadiona Fuad Musayevin adı verilməlidir. Onun zəhməti çox böyük olub”.

Milli komandamızın ilk uğuru da Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dövrə təsadüf edir. 1996-cı ildə DÇ-1998-in seçmə mərhələsində Bakıda İsveçrə yığmasına 1:0 hesabı ilə qalib gələn komandamız rəsmi oyunlarda ilk qələbə sevincini yaşayıb. Çingiz İsmayılov həmin görüşdən əvvəl komandamızın çox yaxşı hazırlıq keçdiyini və bunun da nəticəyə təsir etdiyini deyir: “Fuad Musayev həmin oyunun hazırlığı üçün Türkiyə Futbol Federasiyasına müraciət etdi. Onlardan kömək istədi. Türklər də bizə köməklik etdilər. Fuad Musayevin türkiyəli həmkarı ilə yaxşı münasibəti var idi. Hazırlığımızı Türkiyədə keçdik. Sonra isə Bakıda İsveçrə üzərində tarixi qələbə qazandıq”.  

Fuad Musayevin həddindən artıq sərt insan olduğunu xatırladan İsmayılov bəzən onunla yola getmədiyini etiraf edir: ”Onun xasiyyətini bütün Azərbaycan bilirdi. Çox tələbkar adamdı. Tapşırdığı işi həmişə nəzarətdə saxlayırdı. Nə vaxtsa kimləsə çox sərt danışa bilərdi, ancaq təxminən bir saat sonra gəlib deyirdi ki, mən əsəbiləşmişdim, bu işi belə etmək lazımdır. Heç vaxt işçilərini kiminsə ayağına vermirdi. Bizim onunla dəfələrlə münaqişəmiz olub. Hətta bir dəfə inciyib getmişdim. Sonra mənə zəng edib dedi ki, səninlə danışmaq istəyirəm. Oturub söhbət etdik. Məlum oldu ki, həm onda günah var, həm də məndə. Ancaq belə halları heç kəs bilmirdi. Heç kimdən şikayət etməzdi. Bütün işçilərə eyni gözlə baxırdı. Hamını da müdafiə edirdi. Fuad Musayev Azərbaycan idmanında iz qoyub. Sırf idman adamı idi. Nə qədər sərt idisə, o qədər də həssas insan idi. Fuad Musayevin bir dostu onun portretini çəkmişdi. Bir gün onların evinə gedəndə gördüm şəkli divardan asmayıb. Səbəbini soruşanda dedi ki, atamın portreti mənim portretimdən balacadır. Dedi, mən heç vaxt buna razı ola bilmərəm. Son günlərə qədər həmin portret Fuad Musayevin otağında üzü divara söykənmiş vəziyyətdə qalmışdı. Fuad Musayev çox qayğıkeş idi. Valideynlərinə qarşı da belə idi, dostlarına qarşı da. Elə bir futbolçu yoxdur ki, Fuad Musayevin ona köməyi dəyməsin. İsgəndər Cavadovla İqor Ponomaryovu hamıdan çox istəyirdi. Onlar hər bir xırda məsələyə görə Fuad Musayevə müraciət edirdilər. O da dərhal yerinə yetirirdi. Futbolçular üçün də hər cür şərait yaradırdı. Həmişə deyirdi ki, futbolçu ancaq futbolu düşüməlidir, başqa problemi olmamalıdır”.  

Vaqif Sadıqov Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dövrdə müxtəlif illərdə milli komandamızın baş məşqçisi olub. Odur ki, onun fikirlərinə yer verdik:

“Fuad Musayev sözünü deyən, öz mövqeyi olan bir insan idi. Necə deyərlər, dilinə görə dilçəyi də vardı. Mən o insanlardanam ki, futbolçu kimi də Fuad Musayevin rəhbərliyi altında oynamışam. Məşqçi fəaliyyətimdə də onun mənə böyük dəstəyi olub. Hələ 1992-ci ildə, AFFA yeni yarananda Məşqçilər Şurasının üzvü oldum. Ümumiyyətlə, karyeramın böyük bir hissəsində Fuad Musayev mənə arxa olub, güvənib. O, həmişə mənə nəsihət verirdi, həyat yolu göstərirdi. Mən onun dediklərini indi dərk edirəm, səhvlərimi başa düşürəm. Həmişə deyirdi ki, Vaqif, inan ki, mən həyatı qat-qat səndən yaxşı dərk edirəm, sənə nəyisə məsləhət görürəmsə, deməli, belə lazımdır. Heyf ki, mən o vaxt onu eşitmirdim, öz istədiyimi edirdim, sonra isə onun acısını çəkirdim. O, tək mənə yox, bütün gənc məşqçilərə, futbolçulara həmişə atalıq qayğısı göstərirdi. Futbolu sevən bir insan idi. Baxmayaraq ki, müxtəlif yüksək dövlət vəzifələrində çalışmışdı, ancaq ən çox futboldan zövq alırdı, futbolla yaşayırdı.

Fuad Musayevin Azərbaycan futboluna etdiyi xidmətlər göz qabağındadır. Biz xeyli layihədə iştirak etmişik. Müstəqilliyin ilk addımları həmişə çox çətin olur. O vaxt Fuad Musayev kimi insana ehtiyac var idi. O, həmişə deyirdi ki, nə edirsənsə, gərək tarixə yazılsın. Millimizin ilk uğurları da onun adı ilə bağlıdır. O zaman federasiyaların UEFA-ya qəbul olunması asan deyildi. Fuad Musayev bunun üçün çox çalışdı və sonda istəyinə nail oldu”.

Çoxları Fuad Musayevi sərt insan kimi tanısa da, Vaqif Sadıqov belə düşünmür: “Bəlkə də məndən çox Fuad Musayevlə ünsiyyətdə olan insan yox idi. Mən peşəkar insanla, əsl kişi ilə dialoqa girə bilirdim. Bələ bir insanla diskussiya aparmaqla nəsə əldə etmək olardı. Mən ona sərt adam kimi baxmırdım.

Fuad Musayev vətənini, xalqını sevən bir insan idi. Həmişə özündən sonra iz qoymaq istəyirdi. Deyirdi ki, vətən, xalq və prezident üçün çalışmalıyıq. Bu, sırf onun sözləridir, pafoslu səslənmək üçün demirəm”.


Vaqif Sadıqov

“Bəzən Fuad Musayevlə saatlarla mübahisə edirdik”

Çoxları deyirdi ki, Fuad Musayev milli komandada baş məşqçinin işinə müdaxilə edirdi. Ancaq belə deyildi. O, hamıya imkan verirdi ki, öz mövqeyini bildirsin, işini sübut etsin. Xoşlayırdı ki, millidə planlı şəkildə işlər görülsün. Bunu yüksək səviyyədə icra etmək lazım idi. Sonda nəzarəti özü edirdi. Deyirdi ki, işdə plan, icra və nəzarət olmalıdır. Müəyyən vaxtlarda fikirlərimiz üst-üstə düşməyə bilərdi. Ancaq o demək deyil ki, Fuad Musayev bizim işimizə müdaxilə edirdi. Bəzən biz saatlarla mübahisə edirdik, ancaq sonda deyirdi ki, qərarı baş məşqçi verəcək. Mübahisə hər zaman olur. Futbol bunsuz mümkün deyil.

Belə bir misal var: “İnsanın qarşısında çıraq olanda yol görsənir, ancaq çıraqdan irəli keçəndə qaranlıq olur”. Mən Fuad Musayev haqda bu misalı çəkə bilərəm. Yəni o insan hər birimiz üçün çıraq idi.

“Hər birimiz Fuad Musayevə bənzəməyə çalışırdıq”

Vaqif Sadıqov zəhmliliyi tanınan Fuad Musayevin göz yaşlarını da görüb: “Uzun illər Fuad Musayevlə işləmişik. Ancaq cəmi bir dəfə onun kövrəldiyini gördüm. “CBC Sport”un hazırladığı “26-cı dəqiqə” filminin təqdimatında ilk dəfə olaraq Fuad Musayevin göz yaşlarının şahidi olduq. Yəni biz bu Fuad Musayevi də gördük. Öz çıxışında da bildirdi ki, mən bu filmə baxa-baxa göz yaşımı saxlaya bilmədim. Nə qədər zəhmli insan olsa da, kövrəldiyini gördük. Deyə bilərəm ki, biz böyük bir insanı itirdik. Ən birinci o, böyük şəxsiyyət idi. Hər birimiz Fuad Musayevə bənzəməyə çalışırdıq”.

Vaqif Sadıqov Fuad Musayevlə sonuncu dəfə təxminən 3-4 ay əvvəl telefonla danışdığını deyir: “Mənə xəbər göndərmişdi ki, ona zəng edim. Zəng etdim, 1 saatdan artıq söhbət etdik. Azərbaycan futbolunda olan problemlərdən danışdı. Bu problemlərin həlli yolları ilə bağlı məsləhətlərini verdi”.

Millimizin sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Fuad Musayevlə tanışlığı isə 1980-ci illərə təsadüf edir. Mircavadov da Fuad Musayevin qayğıkeşliyini xüsusi vurğulayır:

“Fuad Musayevi 1983-cü ildən tanıyırdım. O, həmin vaxt Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışırdı. Futbola da nəzarət edirdi. Çox işgüzar insan idi. Yaxşı cəhətləri çox idi. 1983-cü ildə Fuad Musayevin təşəbbüsü ilə “Neftçi”nin yeni bazası tikildi. Bütün otaqlarda musiqi dinləmək olardı. Hər bir detala fikir verirdi. Futbolçulara hər cür şərait yaradırdı. Tələbkar idi. Uduzmağı sevmirdi.

Fuad Musayev ulu öndərimiz Heydər Əliyevin kadrı idi. Heydər Əliyev onu katib vəzifəsinə təyin etmişdi. Dövlətlə yaxınlığı onun görmək istədiyi işləri asanlaşdırırdı. AFFA UEFA-nın üzvü olanda ovaxtkı xarici federasiya rəhbərləri Fuad Musayevin tərcümeyi halına baxıb məətəl qalırdılar ki, partiyadan çıxmış bir insan Futbol Federasiyasının prezidenti olub. Əvvəllər onun böyük vəfilərdə işləməsi hər zaman hiss olunurdu. Çıxış edəndə yüysək səslə danışırdı”.



Ağasəlim Mircavadov

Ağasəlim Mircavadov da Fuad Musayevin həssas bir insan olduğunu, göründüyü qədər kobud olmadığını bildirir: “1994-cü ildə millimiz ilk rəsmi oyununda Rumıniya ilə qarşılaşırdı. Buxarestdə keçirilən matçdan əvvəl dövlət himnimiz çalınanda Fuad Musayevin ağladığını gördüm. Çoxları üçün sərt görünən insan əslində həssas biri idi. Biz (“Neftçi” – red.) 1983-cü ildə Bakıda “Ararat”ı 3:0 hesabı ilə udanda Fuad Musayev bazaya gəlib, uşaqların hamısını qucaqlayıb öpdü.  Onda da kövrəlmişdi.

Son vaxtlar Bakıda yaşamırdı. Ya Nyu-Yorkda oğlunun yanında, ya da Moskvada olurdu. Ancaq həmişə ad günlərində zəng edib təbrik edirdik”.

Sonda qeyd edək ki, 79 yaşında vəfat edən Fuad Musayev bu gün Bakıda dəfn olunacaq. Allah rəhmət eləsin!
 
Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

5710 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
23.06.2017  14:03 “Differdanj”ı Bakıda təəccübləndirməliyik” – Ayxan Abbasov
21.06.2017  15:32 "Ən güclü rəqiblə qarşılaşacağıq" - Səlahət Ağayev
08.06.2017  17:15 “4 as məşqçiyik, amma qalmışıq kənarda" - Böyükağa Hacıyev
01.06.2017  14:05 “Tez-tez klub dəyişməyin ziyanını gördüm" - Rauf Əliyev
31.05.2017  17:04 "Qəbələ"də daha çox oynaya bilərəm" - İlqar Qurbanov
31.05.2017  14:52 "İşləməyə gücüm də var, ağlım da" - Ağasəlim Mircavadov
25.05.2017  15:05 "Bizdən pula görə gedib, “Neftçi” və “Qəbələ”dən təklif alıb"
19.05.2017  14:53 "Almeydaya elə şərait yaradırıq ki, millidə sıxılmasın" - Qara Qarayev
04.05.2017  14:33 “Ev oyunlarımızı AZAL-ın stadionunda keçirməyəcəyik” – Ayxan Abbasov
23.04.2017  20:58 Qara Qarayev: “Neftçi”yə keçsəm...”
14.04.2017  15:30 "Premyer Liqada oynamaq üçün maneə görmürəm" - Əsgər Abdullayev
10.04.2017  14:00 "Çempionluq üçün 5-10 faiz şansımız qalıb" - Rəşad Sadiqov
10.04.2017  09:42 "Xaricə getmək haqda düşünürəm" - Qara Qarayev
10.04.2017  00:30 “Qarabağ”ı dəstəkləmək üçün Bakıya qayıdacam” – Zabit Səmədov
03.04.2017  15:53 “AZAL-da pulsuz-parasız oynayıram” – Rəşad Abdullayev
30.03.2017  14:48 “Qarabağ” pula yox, qeyrətə görə oynayırdı” – Aqil Abbas
27.03.2017  14:45 "Bir xala çox ümid edirdik" - Cavid Hüseynov
27.03.2017  02:15 “Prosineçki uşaq səhvləri etdiyimizi dedi” - Rəşad Sadıqov
27.03.2017  01:23 “İkinci qolu heç nədən buraxdıq” - Qara Qarayev
19.03.2017  21:07 “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” – Ayxan Abbasov
 
 
  25.06.17
02:20
  Konfederasiyalar kubokunda yarımfinalçılar bəlli olur
01:45
  "Xetafe" yenidən La Liqada
00:46
  "Qarabağ"ın oyununda 7 qol - Video
00:10
  Rumıniyalı futbolçu rəsmən "Zirə"də
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  24.06.17
22:30
  Pepe yarımfinalda oynamayacaq
21:52
  "Qarabağ" uduzdu
21:25
  Portuqaliyadan 4 cavabsız qol - Video
21:09
  Rusiya Meksikaya uduzdu - Video
20:52
  Rusiya Konfederasiyalar kubokunda mübarizəni dayandırdı
20:37
  "Qəbələ"nin üçüncü rəqibi də müəyyənləşdi
20:16
  Kamran Avropa çempionatını gümüş medalla başa vurdu
19:50
  "Qarabağ"ın start heyəti
19:29
  "Monako" 100 milyon avronu rədd etdi
18:53
  "Zirə"dən növbəti transfer
18:06
  Superliqa klubunda yeni baş məşqçi
16:25
  "Portu"dan Premyer Liqa klubuna
15:29
  Bakıda Formula 1 pilotunun maşını yandı - Şəkillər
14:50
  "Qəbələ"nin yeni transferi - Video
13:43
  "Qəbələ" hollandiyalı futbolçu aldı - rəsmi
13:20
  Günün canlı oyunları - Etopaz-da
12:53
  PSJ-dən Aquero üçün 68 milyon avro
11:48
  Messi 30 yaşında
11:19
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:38
  "Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
10:15
  "Real"ın sabiq futbolçusu karyerasını başa vurdu
09:48
  "Qarabağ"ın Avstriyada 7-ci günü - Video
02:00
  Alba “Mançester Yunayted”in hədəfində
01:38
  Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
01:15
  “Xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim”
00:52
  Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev
00:34
  Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
00:18
  Verratti PSJ-nin təklifini geri çevirdi
00:00
  “Çində oynayacağımı istisna etmirəm” - Messi
  23.06.17
22:33
  Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də
22:04
  Boksçumuz finala vəsiqə qazandı
21:44
  Premyer Liqa klubunda yeni baş məşqçi
21:06
  "Arsenal"dan 57 milyon avroluq transfer
20:52
  “Yuventus”dan məni buraxmalarını xahiş etmişəm? - Alveş
19:23
  Messi "Barsa"nın ən qiymətli oyunçusu seçildi
18:45
  "Barselona" braziliyalı futbolçu alır
17:57
  Bakıdakı Formula 1-də qəza - Video
17:33
  Moldova prezidenti Bakıda Formula 1-i izlədi
17:00
  "Mançester Yunayted" onu "Barsa"dan istəyir
16:20
  "Səbail" də Türkiyəyə gedir
15:45
  "Qarabağ"ın SSKA ilə oyununun vaxtı bilindi
15:10
  Günün canlı oyunları - Etopaz-da
14:34
  “Zirə” – “Differdanj” oyununun hakimləri bəlli oldu
14:20
  Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı
14:03
  “Differdanj”ı Bakıda təəccübləndirməliyik” – Ayxan Abbasov
13:09
  Prokurorluqdan Messiylə bağlı yeni qərar
12:32
  "Qəbələ"nin potensial rəqibi 6 qolla qalib gəldi
12:17
  “Vətən” beynəlxalq turnirdə iştirak edib
11:57
  "Qarabağ"ın rəqibi hüçumçu aldı
11:28
  Toni Adams klub alır
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore