"Futbolsuz ürəyimiz partlayır" - "Kəpəz"in futbolçusu

"Futbolsuz ürəyimiz partlayır" -  "Kəpəz"in futbolçusu
GÜNDƏM 18 İyun 2017 / 12:45 3557
-  A +

“Mövsümlərarası fasilə çoxdur deyə futbolsuz lap ürəyimiz partlayır. İstirahət etmək üçün vaxtımız çoxdur, arada uşaqlarla yığışıb futbol oynayırıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.

Futbolsuz darıxdığını deyən müdafiəçi çempionatın tez başlamasını istəyir: “Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin, indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budur. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.
 
 

Daha çox


Son xəbərlər