“Qəbələ” “Vakker” və MOİK-ə uduzdu

“Qəbələ” “Vakker” və MOİK-ə uduzdu
ÖLKƏ FUTBOLU 19 İyun 2017 / 00:05 5190
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” ötən gün mini turnirdə iştirak edib.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıb.

Klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda qarşılaşıblar. Əvvəlcə "Vakker"lə üz-üzə gələn "qırmızı-qaralar" 0:1 hesablı məğlubiyyətlə üzləşib. Təmsilçimiz ikinci görüşü də uduzub - 0:2.

Yarışın qalibi isə "Vakker"i 3:1, "Qəbələ"ni isə 2:0 hesabı ilə məğlub edən MOİK olub.
 
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışında iki yoxlama oyunu keçirib.  “Fulpmes”ə  8:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”  Rusiya “Axmat”ına uduzub – 0:1.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın