"Vətən" növbəti mərhələdə

"Vətən" növbəti mərhələdə
XƏBƏR 18 İyun 2017 / 10:20 3782
-  A +

Avstriyada təşkil olunan “Champions Trophy” turnirinə start verilib.

Qol.az-ın xəbərinə görə, dünyanın bir çox ölkələrindən turnirə qoşulan 128 komanda arasında İngiltərənin “Çelsi”, “Liverpul”, İtaliyanın “Yuventus, “İnter”, Fransanın PSJ kimi klubları da yer alıblar.

Yarışda Azərbaycanı təmsil edən  “Vətən”in U-10 komandası uğurlu şıxış edib. Samir Əbürəhmanovun komandası məsuldar oyun nümayiş etdirərək 7 oyuna 19 top vurub və  A qrupunda 8 komanda arasında 4-cü yeri tutmaqla növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, qrup mərhələsinin son turunda İspaniyanın “Atletiko” (Madrid) klubu ilə qarşılaşan “Vətən” 0:1 hesabı ilə uduzub. Sabah turnirin final mərhələsinə yekun vurulacaq.

Son xəbərlər