“Heç bir önəmli oyunçumuzu satmayacağıq” – “Yuventus”dan açıqlama

“Heç bir önəmli oyunçumuzu satmayacağıq” – “Yuventus”dan açıqlama
XƏBƏR 17 İyun 2017 / 15:30 2281
-  A +

“Çelsi” “Yuventus”un futbolçusu Aleks Sandroya təklif göndərib.

Qol.az-ın “Corriere dello Sport”a istiandən yaydığı xəbərə görə, İtaliya klubu 26 yaşlı futbolçu üçün 60 milyon avroluq təklifi rədd edib.

“Yuventus”un idman direktoru Cuzeppe Marotta bildirib ki, Aleks Sandronu satmağı düşünmürlər:

“Futbolçularımıza bizim istədiyimiz məbləğləri təklif edən klubların olduğunu bilirik. Ancaq heç bir önəmli futbolçumuzu satmağı düşünmürük. Aleks Sandronun bu məsələdəki mövqeyini bilmirəm, amma onu satmayacağıq”.

Qeyd edək ki, brazilyalı müdafiəçinin komandası ilə 2020-ci ilə qədər müqaviləsi var


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord