Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Araz Abdullayev "Qarabağ"ın düşərgəsində

Yazarlar
 “Neftçi” haqda...
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Ramil “Trabzonspor”da şou yaratdı - 5 qol vurdu
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri bilindi
“Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
“Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
Linklər
525ci Qəzet

Getdi...
A A A

[17.06.2017]
Getdi...

Qapıda duran, bir növ həm də gözətçi olan orta yaşlı eynəkli kök qadının həyəcanlı səsi gəlir:

- Prişel! Şef prişel!

Onun gəldiyini eşidən kimi də bir adam ortalıqda qalmır. Hamısı bir göz qırpımında otağına getmir, qaçır. Xaqani Məmmədov da qaçır, Melik Həsənov da və orda olan kim vardısa, hamısı... Kimsə məni də çağırır:

- Durma burda, hirslənəcək, gəl, gir otağa...

Ətrafı vahimə bürüyür. “5 mərtəbə”nin, Füzuli meydanının yaxınlığındayam, “Hüsü Hacıyev, 42”də. AFFA-nın binasında. İndi bu ünvanda gərək ki, böyük bir mağaza yerləşir. İçəri girəndə diqqətimi sərt baxışları çəkir. Elə zəhmlidi ki... Kobud şəkildə soruşur:

- Kimsən sən?

- Jurnalistəm. 

Yenə də eyni kobudluqla “Hə, yaxşı...” deyib sürətlə otağına gedir.

Qəbul otağına yaxınlaşıb köməkçisinə müsahibə götürmək istədiyimi deyirəm.

- Bu gün yox! Fuad Ənvəroviç zanitdi...

***

- Yığılıb bir dəstə küçə adamı, mənim istefamı tələb edir. A kişi, razve bunlardan futbol idarə edən olar? Gedib rəhbəri olduqları klubları düzəltsinlər də!

AFFA-da mətbuat konfransında deyir bunu. Portuqaliya Futbol Federasiyasının prezidenti də yanındadı. Azərbaycanla Portuqaliya millisi oynayacaq. Bu axşam hamı Bakıda Luiş Fiqu, Rui Koşta kimi ulduzların oyununa baxacağını düşünür. Amma oyun yarımçıq dayanır. Bir rəzalət yaşanır. O boyda beynəlxalq matçda stadionun projektorları təxribat nəticəsində söndürülür (ertəsi gün oyun bərpa olunur, 90+4-də Fiqu qol vurub Portuqaliyanı məğlubiyyətdən qurtarır). 

***

- Fuad müəllim, vaxtınız varsa sizinlə müsahibə eləmək istəyirəm.

Bu dəfə daha kobud danışmır. Mehribandı. “Hə, əlbəttə, 5 dəqiqə sonra gəl otağımda danışaq...”

***

- Neçə yaşın var?

- 19.

- Haralısan?

- Qarabağlıyam.

- Niyə torpaqlarınızı tələb eləmirsiniz? Geri almırsınız?

- Gərək müharibə olsun ki, torpağı da geri alaq.

- Xətrinə dəyməsin e. Mən özüm də qarabağlıyam, əslimiz şuşalıdı. Amma hamımız yatmışıq.
 
Portuqaliya Futbol Federasiyasının prezidenti otağa girir, söhbətimiz yarımçıq qalır. Onunla ehtiramla görüşür. Məni göstərib deyir: “Bu cavan oğlan jurnalistdi. Tanış olun”.

Qonağını yola salır. Müsahibəyə başlayırıq... Ertəsi qəzetdə çap olunur. Aləm dəyir bir-birinə.

***

- Fuad müəllim, Tərlanın mükafatı hazırdı. Problem olmayacaq?

- A kişi yox e, nə problem ola bilər ki...

Respublika stadionundayam. 2000-ci ildi. Milli İsveçlə “DÇ-2002”nin seçmə oyununa çıxacaq. Matçdan əvvəl qəzetin adından Tərlan Əhmədova ilin ən yaxşı oyunçusu mükafatını təqdim etməliyik. Stadionun əməkdaşı durumu öyrənən kimi hay-şüvən salır.

- Nə danışırsan, nə mükafat? Dünya çempionatının oyunudu e...

- AFFA prezidentinin xəbəri var.

- Mümkün deyil.

İşə düşdük də. Kömək etməsi üçün direktor Akif İsmayılovu axtarıram, tapa bilmirəm. Bu vaxt Fuad Musayevi elə bil Allah yetirir. Yaxınlaşıb narahatlığımı bildirirəm. Stadionun əməkdaşını yanına çağırır:

- Niyə problem yaradırsan?

- FİFA-nın komissarı icazə verməyəcək.

- Problem yoxdu, qoy camaat mükafatın versin.

- Fuad müəllim, axı...

- Ay eşşək, sənə dedim, problem yoxdu də!

...Oyundan əvvəl ilin futbolçusu mükafatı Tərlan Əhmədova təqdim edilir.

***

Telefona zəng gəlir.

- Salam, Aydın. Danışan Fuaddı, Musayev... Atamın 100 illiyi ilə bağlı bir yazı var. Onu xahiş edərdim, qəzetdə çap etdirəsən.

- Əlbəttə, Fuad müəllim.

***

- Sənə təşəkkür edirəm. Yazını dərc etdirdiyin üçün. Bu yazı mənə çox dəyərlidi.

- Dəyməz. Futbolumuza baxırsınızmı?

- Hə. Baxıram. Məni bəyənmirdilər. Gör indi  futbolu nə günə qoyublar. Bizim vaxtımızda pul yox idi, amma futbolçu kişi kimi oynayırdı. Zaur Tağızadəni yetişdirdik, Rəşad Sadıqovu yetişdirdik, Aliyev Samir. Gör nə oyunçular vardı. İndikilər futbolun içinə “s...lar”.

- Necədi səhhətiniz?

- Belə də, yaşlanırıq. Elə bir şey qalmayıb. Ölüb gedəcəyik.

- Elə deməyin...

***

Və dünən o kişi öldü. Futbolda nələr etdi, nələr edə bilərdi, amma etmədi, ya da gücü çatmadı, bunlar həmişə müzakirə olunacaq. Amma dəyişməyən, müzakirə olunmayacaq bir həqiqət var. O, daha aramızda yoxdu, bu dünyadan gedib.

Əsl şəxsiyyət, mərd bir kişi kimi!

Allah Fuad Musayevə rəhmət eləsin!

Aydın BAĞIROV
[email protected]com

8568 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
20.07.2018  13:58 “Neftçi” haqda...
13.07.2018  13:52 Vicdan məsələsi
09.07.2018  13:39 Mundial, biz və Samir Abasov
30.06.2018  11:00 Kərim Ansarifardın bizə mesajı
16.06.2018  15:22 Moskva küçələrindən qeydlər
22.05.2018  14:55 Günahkar tək AFFA-dı?
14.05.2018  12:55 Altay Əliyevin 40 yaşına…
03.05.2018  14:40 Futbolu ləkələyən qumarbazlar haqda
26.04.2018  14:49 Ramin Musayevlə futbol mübahisələri...
18.04.2018  15:36 Qazaxıstanla Qazax futbolunun fərqi
11.04.2018  13:46 "Roma"nın oyununda: əvvəl və sonra
03.04.2018  15:42 “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
02.04.2018  14:13 Futbolumuzun dörd tragikomik faktı
16.03.2018  13:29 Malenanın oynadığı Azərbaycan millisi
15.03.2018  14:56 Kamran Quliyevin Klublar Komitəsi haqda
23.02.2018  14:20 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
14.02.2018  12:33 Pul hanı?
11.02.2018  12:44 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
06.02.2018  15:01 “Neftçi”ni bu günə jurnalistlər saldı...
31.01.2018  16:50 Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
22.01.2018  17:06 Fatih Terimlə qanqaraldıcı görüş
12.01.2018  13:00 Vaqif Cavadova bircə sual
08.01.2018  15:58 Belə etmə, Rəşad!
20.12.2017  16:03 Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi
19.12.2017  16:09 Ramilin yeri “Qarabağ” deyil...
14.12.2017  15:54 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
12.12.2017  13:02 Bakıda Banişevskinin adına niyə stadion yoxdu?
11.12.2017  13:02 Banişevskiyə necə kələk gəldilər?
07.12.2017  16:54 Sağ ol, "Qarabağ"! Grazie, Roma!
04.12.2017  11:46 İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
 
 
  23.07.18
19:11
  Buffonun maaşı açıqlandı
18:52
  "Zirə"nin Türkiyədə ikinci heç-heçəsi
18:36
  Almaniya Futbol Federasiyasından Məsut Özilə cavab
18:09
  İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
17:44
  Karius Kloppdan inciyib - "Liverpul"dan gedir
17:30
  “Karyeramı bitirməmişəm” – Con Terri
17:07
  "Qarabağ" gedir
16:46
  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı
16:19
  "Qarabağ"dan getsə də, Ağdamın işğalını unutmadı
16:08
  "Borussiya"dan "Liverpul"a 3 qol - Video
15:30
  "Real" növbəti transferini təqdim etdi
15:02
  "Qarabağ" uduzsa... - Avroliqadakı rəqibi
14:50
  "Parma"nın 5 xalı silindi - danışılmış oyuna görə
14:14
  “Qarabağ”ın ÇL-dəki potensial rəqibləri bilindi
13:45
  "Halldorsson yenidən Messinin penaltisini dəf etmək üçün "Qarabağ"a keçdi"
13:31
  Günün canlı oyunları - Etopaz-da
13:04
  "Barselona" Minanı "Everton"a satır
12:43
  Araz Abdullayev "Qarabağ"ın düşərgəsində
12:30
  Pərdis Fərcad-Azad "Zirə"də - rəsmi
12:22
  "Roma" Alissona əvəzləyici tapdı
12:10
  "Qarabağ" üçün darıxıram" - Reynaldo Silva
11:40
  "Özilin millidən getməsinə sevinirəm" - "Bavariya"nın prezidenti
11:26
  İnyesta Yaponiya klubunda debüt etdi
11:00
  Əfsanəvi qapıçı azarkeşə yumruq vurdu - video
10:26
  Tyerri Anri baş məşqçi olur
01:58
  "Liverpul" "Borussiya"ya uduzdu
01:19
  Millimizin heyəti açıqlandı
00:59
  İquain "Milan"a gedir
00:20
  “Qarabağ”a keçəcəyi təsdiqləndi
00:11
  Klublarımızın yay transferləri - Yenilənir
  22.07.18
22:53
  Məsut Özil millidən getdi – Ərdoğanla görüşə görə
22:15
  "İnanıram ki, "Qarabağ"la oyunda bəxt və Tanrı bizimlə olacaq"
21:11
  "Çelsi" Villianla bağlı qərarını verdi – Qolovin gəlsə...
20:22
  "Səbail" aşağı dəstə klubuna uduzdu
19:45
  Mbappe "7"ni seçdi
19:19
  "Sumqayıt" Türkiyədə darmadağın oldu – 0:7
18:57
  "Qarabağ"la oyundan əvvəl "Kukesi"də qalmaqal - mükafatı vermirlər
18:21
  "Real"dan getmək istəyir
17:30
  "Mənim iki ürəyim var" – Özil Ərdoğanla görüşü haqda
15:44
  “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı
14:39
  Xudiyev ermənilərin oyununa təyinat aldı
13:48
  “Məqsəd “Qarabağ”ı keçməkdir”
13:10
  Con Terri karyerasını başa vurur
12:07
  Ramil “Trabzonspor”da şou yaratdı - 5 qol vurdu
11:13
  UEFA-dan Əliyar Ağayevə yeni təyinat
10:28
  Klopp Salahın durumundan danışdı
10:06
  Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır
02:00
  Ukrayna Superkubokunun sahibi müəyyənləşdi
01:37
  “Qarabağ” 200 min dollara hücumçu alır - Türkiyə mətbuatı
01:31
  Mourinyo kapitanın adını açıqladı
01:02
  "Çox ciddi çalışırıq" - millimizin baş məşqçisi
00:30
  "Sabah" üç futbolçu ilə müqavilə imzaladı
00:15
  Millimizdən qələbə
00:01
  "Bavariya" - PSJ - Video
  21.07.18
23:00
  Şevçenko yeni müqavilə imzaladı
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore