"İnter" Georgi Hacının komandasını məğlub etdi

"İnter" Georgi Hacının komandasını məğlub etdi
ÖLKƏ FUTBOLU 17 İyun 2017 / 20:15 4870
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün sonuncu yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, komanda Georgi Hacının baş məşqçisi olduğu Rumıniyanın "Vitorul" klubu qarşılaşıb. Düzce stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter"ə qolları Rauf Əliyev və Samir Zərgərov vurub.

Qeyd edək ki, "İnter" bundan əvvəl yoxlama oyunlarında "Zirə"yə uduzub (0:2), Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubuna qalib (1:0) gəlib.

17 iyun

"İnter" - "Vitorul" - 2:1

Daha çox


Son xəbərlər