Konfederasiyalar kubokuna start verildi

Konfederasiyalar kubokuna start verildi
DÜNYA FUTBOLU 17 İyun 2017 / 20:52 12820
-  A +

Bu gün Rusiyada FİFA Konfederasiyalar Kuboku - 2017-yə start verilib.

Qol.az xəbər verir ki, yarışda 8 komanda iki qrupda mübarizə aparıb.

Turnirin ilk oyun günündə yalnız 1 qarşılaşma keçirilib. Açılış matçında meydan sahibləri Yeni Zelandiya ilə üz-üzə gəlib. Görüş Rusiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) mübarizə aparacaq.



Konfederasiyalar Kuboku, I tur

A qrupu

17 iyun

19:00. Rusiya - Yeni Zelandiya - 2:0

Qol:
Boxall, 31-avtoqol, Smolov, 69
18 iyun

19:00. Portuqaliya - Meksika

B qrupu

22:00. Kamerun - Çili

19 iyun

19:00. Avstraliya - Almaniya

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord