“Zirə” 8 qolla qalib gəldi

“Zirə” 8 qolla qalib gəldi
GÜNDƏM 17 İyun 2017 / 20:39 6077
-  A +

Avroliqanın hazırlıqlarını davam etdirən “Zirə” bu gün Boludakı toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Qol.az xəbər verir ki, ilk görüşündə Bakı “İnter”ini 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandası bu dəfə  Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gəlib. Matç "Zirə"nin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kamerun təmsilçisi daha əvvəl digər təmsilçimiz “İnter”ə 0:1 hesabı ilə uduzub.


Yoxlama oyunu

“Zirə” (Azərbaycan) - “Columbe Sportive” (Kamerun) - 8:0
Qollar:
Belfort (2 qol), Qadze (2 qol), Müşviq İlyasov, Təmkin Xəlilov, Sadiq Quliyev, Orxan Əliyev

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı