Eddinin komandası La Liqaya bir qədər də yaxınlaşdı

Eddinin komandası La Liqaya bir qədər də yaxınlaşdı
GÜNDƏM 16 İyun 2017 / 00:49 4425
-  A +

İspaniya ikinci liqasında pley-off görüşləri keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” La Liqaya yüksəlmək uğrunda ilk pley-off matçında öz meydanında “Tenerife”ni qəbul edib.

İsrafilovun adı matçın protokoluna daxil edilməyib. Görüş “Kadis”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İyunun 18-də komandalar arasında cavab görüşü keçiriləcək.

Eddinin komandası ilk matçdakı qələbə hesabını qoruya bilsə, La Liqaya yüksəlmək uğrunda həlledici matçda “Hueska” - “Hetafe” cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşıb.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı