Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

Yazarlar
 Hanı bizim Deda?
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Premyer Liqamızda 2017-ci ilin son oyunu - Şəkillər
Top 5
"Zirə" və "Keşlə"dən qələbə
"Problemli futbolçular millidə olmayacaq" - Qurban Qurbanov
Araz Abdullayev qələbə qolunu vurdu - Video
Zidandan Ronaldoya dəstək
"Qol vurmayanda özümə də təsir edir" - Ramil Şeydayev
Linklər
525ci Qəzet

“Özümü 20 yaşındakı gənc kimi hiss edirəm” - Təbriz Həsənov
A A A

[15.06.2017]
“Özümü 20 yaşındakı gənc kimi hiss edirəm” - <b style="color:red">Təbriz Həsənov</b>

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənovun 50 yaşı tamam olur. Yubliyar bu münasibətlə AFFA-nın rəsmi saytına müsahibə verib.


- Təbriz müəllim, 50 illik yubileyniz münasibətilə sizi təbrik edirik. Əsri yarılamısımız, özünüzü bu yaşda necə hiss edirsiniz?

- Təbrik üçün təşəkkür edirəm. Əvvəllər fikirləşirdim ki, görəsən nə vaxtsa mənim də 50 yaşım olacaq? Hələ gücüm, enerjim var. Özümü gümrah və şux hiss edirəm. Təqvimə baxmasam, heç 50 yaşında olduğumu deməzdim. İstəməzdim kənardan baxıb “Təbrizin də 50 yaşı oldu”, desinlər. Çox adam bu yaşda olduğumu bilmir.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- 1967-ci il iyunun 15-də Bakıda dünyaya göz açmışam. Davakar, kür uşaq olmamışam. İstər məktəb həyatında, istərsə də futbolda həmişə böyüklərdən nəsə öyrənməyə çalışmışam. Ailədə 5 uşaq olmuşuq – 3 bacı, 2 qardaş. Ailəmizin dördüncü övladıyam. Deməzdim məktəbdə əlaçı olmuşam. Uşaqlığım paytaxtın indiki Əcəmi Naxçıvani küçəsində keçib. Bizim məhəllənin camaatı əsasən ev tikmə kombinatında işləyirdi. Onun yanında “motorball” yarışlarının keçirilməsi üçün meydança var idi. Biz də uşaq olduğumuz üçün marağımız var idi, gedib oyunlara baxırdıq. Evdən gizlincə qaçıb həmin meydançada futbol oynayırdıq. Futbola gəlişim məhz bu gündən başlayıb. Bir gün futbol oynadığımız zaman Aleksey Nikolayeviç Marçinka adında məşqçi oyunumu bəyənib məni “fşm”ə dəvət etdi. O vaxt “fşm”in məşqləri məhz “motorball” yarışı keçirilən meydançada olurdu. Gedən gündən komandanın kapitanı seçildim və beləcə futbolçu karyerama başladım.

- Maraqlıdır, adınızı kim və niyə məhz Təbriz qoyub?

- Bu adı mənə dayım qoyub. Əslən Qazaxdan olsaq da, anamın anası Cənubi Azərbaycandan – Təbrizdən köçüb gəlib. Ona görə də dayım adımı Təbriz qoyub.

- Təbrizlə nəsə bir bağlılığınız qalıbmı?

- Təəssüf ki, xeyr.

- Həyatınızın hansı dövrünü özünüz üçün daha unudulmaz hesab edirsiniz? Ümumiyyətlə, geridə qalan 50 illik ömrünüzü necə qiymətləndirirsiniz?

- Futbolda ilk addım atdığım gündən karyeramı bitirdiyim anadək keçirdiyim illər mənim üçün daha maraqlı olub. Daim aktiv və maraqlı həyat sürmüşəm. Demək olar ki, evdə tapılmırdım. Futbolçu və məşqçi kimi bir çox ölkələrdə olmuşam. Ola bilər, futbolçu kimi böyük arzulara çata bilməyim, amma Azərbaycan çempionu, ölkə kubokunun qalibi olmuşam, az da olsa milli komandanın şərəfini qorumuşam. O vaxt futboldan başqa qayğımız olmurdu. Bütün çətinliklərimizi valideynlər çəkirdi. Bizim işimiz yalnız futbol oynamaq idi. Ancaq böyüyürsən, ailə qurursan və bu dəfə sən özün qayğı çəkməli olursan, çətinliklərlə üzləşirsən və anlayırsan ki, həyatın digər üzü də var imiş.

- Nə düşünürsünüz, bu illər ərzində etdikləriniz sizi qane edirmi?

- Bir övlad kimi daim valideynlərimin başını uca etmişəm. Dost-tanış yanında da həmişə hörmətim olub. İstər məktəb illərində, istərsə də komanda yoldaşlarımla normal, dostluq münasibətim olub. Həmişə böyüklərin hörmətini saxlamışam. Bir insanın fərd, şəxsiyyət olaraq formalaşmasında bunların əhəmiyyəti var. Sağ olsun valideynlərim, müəllimlərim məni bu cür yetişdiriblər. İndi də çalışıram ki, övladlarım üçün əlimdən gələni edim. Əgər geriyə boylananda peşman olacaq addım atmamışamsa, deməli, etdiklərim məni qane edir.

- Məktəb illərini necə xatırlayırsınız? Məsələn, orta məktəbdən başlayan və hələ də davam edən dostluq münasibətiniz varmı?

- Bəli, lap yaxın dostlarım olub, onlarla birlikdə futbol oynamışıq. Lakin sonradan onlar başqa sahədə çalışıblar. Bununla belə, bizim hələ də münasibətimiz var. Ailəvi dostluq edirik, tez-tez olmasa da, arada görüşüb futbol oynayırıq.

- Bəs heyfsləndiyiniz nəsə olubmu?

- Bəli, orta məktəbdə oxuyarkən xarici dillərdən birini öyrənmədiyimə görə çox heyfslənirəm. Əslində, o vaxt elə quruluş idi ki, rus dilini bilməyin kifayət edirdi. Müəlliməm idmançı olduğumu nəzərə alıb, xarici dilin gələcəkdə lazım olacağını deyirdi. Bizə xarici dil kimi alman dili tədris olunurdu. Onu da bilərəkdən və ya bilməyərəkdən sonuncu dəsrə salırdılar. Çox vaxt sonuncu dərsə cəmi 2-3 uşaq qalırdı. Bəlkə də alman dili birinci dərsdə keçirilsəydi, daha çox uşaq öyrənərdi. Nə öyrəndin məktəbdə öyrənirsən, sonradan nə qədər çalışsan da alınmır.

- Sizin üçün zirvə nədir? O zirvəni fəth etmək üçün hansı addımları atmısınız?

- Hər insan üçün bir zirvə olur və ona can atmağa çalışır. Mənim üçün zirvə anlayışı qarşına məqsəd qoyursan və ona çatmaq üçün çalışırsan. İstəyinə nail olduqdan sonra növbəti məqsədi müəyyən edirsən və yenidən onu əldə etmək üçün mübarizə aparırsan. Bir şeylə kifayətlənmirəm. Hər dəfə məqsədini daha da artırırsan. Və mərhələ-mərhələ, səbrlə həmin məqsəd üçün çalışırsan. Bir sözlə, mənim üçün konkret zirvə yoxdur ki, ora can atım.

- Həyatı bir cümlə ilə necə ifadə edərdiniz?

- Həyat mübarizədir. Daim mübarizə aparmalısan. Atdığın hər addımda çəkdiyin əziyyəti hiss etməlisən. Həyat o zaman daha maraqlı və daha şirin olur. Ayıq olmalısan, diqqətli olmalısan. 50 yaşım olmasına baxmayaraq, özümü 20 yaşındakı gənc kimi hiss edirəm. Daim nəsə öyrənmək istəyirəm, yeniliklərə uyğunlaşmağa çalışıram.

- Artıq 10 ildən çoxdur əsasən uşaq komandalarında çalışırsınız. Maraqlıdır, Təbriz Həsənov evdə necə valideyndir?

- Üç qızım var. Daim çalışmışam ki, onlara düzgün tərbiyə verim. Nə sərt ata olmuşam, nə də mülayim. İşimlə əlaqədar səfərlərdə çox olduğumdan onlara kiçik yaşlarından qayğı göstərə bilməmişəm. Bu işlə daha çox anaları məşğul olub. Onlarla birlikdə olanda həm ata, həm qardaş, həm də bir dost kimi davranmağa çalışıram.

- Dostlarınız sizi haqqınızda nə düşünür?

- Əslində, bu sualı onlar cavablandırsa daha yaxşı olardı. Dost nədir? Əgər kiminləsə dostluq edirsənsə, onun hər bir acı sözünü də xoş qəbul edə bilirsən. İndi insanlar çox aqressivdirlər. Yaxşı olardı ki, bütün insanlar biri-biri ilə dost olsunlar. Çünki dostun dediyi hər bir sözü qəbul edə bilirsən. Dediyim kimi, mənim birinci sinifdən dostluq etdiyim insanlar var.

- Sizi daha çox kimlər incidir, futbolçular, yoxsa jurnalistlər?

- Jurnalistlərlə heç bir problemim yoxdur. Peşəkar jurnalistlərin çoxu ilə yaxşı münasibətimiz var. Sağlam və yerində edilmiş tənqidlərdən nəticə çıxarmağa çalışıram. Uşaqlara gəlincə, onlarla işləmək əlbəttə, məsuliyyətli işdir. Məsələn, 7-8 il əvvəl rəhbərliyim altında oynayan uşaqlara tapşırığı bir dəfə deyirdim, anlayırdılar, yerinə yetirirdilər. Tədricən böyüyürlər peşəkarlıq fazasına keçəndə əvvəlki kimi olmurlar. Artıq tapşırığı bir yox, bir neçə dəfə deyirsən, təkrarlayırsan. Yəni bu müddət ərzində istər xasiyyətlərində, istərsə də davranışlarında çox dəyişikliklər olur. Təəssüf ki, bu məqam müsbət yox, mənfiyə doğru gedir. İndiki uşaqların öyrənmək, qavramaq qabiliyyəti sanki çətinləşib.

- Ömrünüzün çoxunu futbola həsr etmisiniz. Geriyə boylananda təəssüfləndiyiniz an olubmu?

- Əlbəttə, olub. Ancaq elə məqamlardır ki, onu dilə gətirməyə dəyməz. Hər insanın həyatında təəssüfləndiyi anlar olub.

- Futbol sahəsində etmək istədiyiniz və indiyədək etmədiyiniz nə isə varmı?

- Futbolun zirvəsi odur ki, iştirak etdiyin hər bir yarışın qalibi olasan. Əfsuslar olsun ki, Azərbaycan futbolu hələ o səviyyədə deyil ki, komandamız mütəmadi olaraq Avropa və ya dünya çempionatlarında iştirak etsin, qalib olsun. Şans hər zaman var. Məşqçi olaraq, birgə çalışdığım futbolçulardan kimsə dünya səviyyəli futbolçu kimi yetişsə, top klubların formasını geyinsə, bu mənim üçün əsl zirvə olacaq.

- Bu müddətə qədərki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Daha yaxşı ola bilərdi. Mən elə bir insanam ki, heç vaxt öz işimdən razı qalmıram. İnsan ömrü boyu yeni bir şey öyrənməlidir. Məşqçi kimi böyük uğurlarım yoxdur. Beynəlxalq səviyyədə kiçik turnirləri nəzərə almıram. Yuxarıda qeyd etdiyim kimi, o vaxt işimdən razı olacağam ki, yetişdirdiyim futbolçular 3-4 ildən sonra milli komandanın aparıcı üzvləri olacaq və ya dünya səviyyəli oyunçu kimi qarşımıza çıxacaqlar.

Mənbə: affa.az

1745 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
11.12.2017  00:20 "Beşiktaş" xal itirdi, "Qalatasaray" liderliyini qorudu
10.12.2017  19:38 “Heç kimlə qəsdi-qərəzliyim yoxdur” – Təmkin Xəlilzadə
10.12.2017  17:38 “Qarabağ” ÇL-də 6-cı oldu – azarkeş sayına görə
10.12.2017  16:32 Ramiz Məmmədov: “Nostradamus deyilik”
10.12.2017  16:06 "Borussiya"da baş məşqçisi dəyişdi
10.12.2017  00:01 "Tottenhem"dən darmadağın, "Çelsi" uduzdu
09.12.2017  20:25 "Bavariya" səfərdən 3 xalla qayıdır - Video
09.12.2017  18:24 "Çelsi" uduzdu
09.12.2017  14:20 Qurban Qurbanov mükafatlandırıldı - Şəkillər
09.12.2017  10:30 Avroliqada həftənin rəmzi 11-liyi
08.12.2017  17:55 Kubok oyunlarının hakimləri müəyyənləşdi
08.12.2017  12:19 "Əminəm ki, hamınız bizimlə qürur duydunuz" - Aqolli
08.12.2017  11:00 "Əfranın meydana çıxması sürpriz oldu" - Di Françesko
08.12.2017  02:02 Avroliqada 1/16 finalçılar müəyyənləşdi
08.12.2017  00:22 Ronaldo 5-ci dəfə “Qızıl top”a sahib çıxdı
07.12.2017  20:56 "Avro-2020"nin A qrupunun oyunları Bakıda
07.12.2017  10:56 "Qarabağ" 16 milyon avro gəlir götürəcək
07.12.2017  01:41 Çempionlar Liqasında 1/8 finalçılar müəyyənləşdi
06.12.2017  14:03 "Neftçi" məşqçisini qovdu
06.12.2017  11:10 "Qarabağ”ın bizə çətinlik yaradacağını bilirdik" - De Rossi
 
 
  11.12.17
01:15
  "Qəbələ" "Səbail"ə, "Qarabağ" "Sumqayıt"a qarşı - Yenilənir
00:52
  Salahdan möhtəşəm qol - Video
00:45
  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı
00:35
  "Arsenal" səfərdə büdrədi - Video
00:20
  "Beşiktaş" xal itirdi, "Qalatasaray" liderliyini qorudu
00:01
  Mançester derbisini "Siti" qazandı - Video
  10.12.17
20:17
  Manqadan "Neftçi"yə möhtəşəm qol - Video
20:00
  "Oyun alqı-satqısı ilə məşğul olanın Allah bəlasını versin"
19:38
  “Heç kimlə qəsdi-qərəzliyim yoxdur” – Təmkin Xəlilzadə
19:15
  “Sərt etiraz etməyimə səbəb bu idi” – Ayxan Abbasov
19:01
  "Zirə" bizim üçün arzuolunmaz rəqibdir" - Tərlan Əhmədov
17:53
  "Zirə" və "Keşlə"dən qələbə
17:38
  “Qarabağ” ÇL-də 6-cı oldu – azarkeş sayına görə
16:38
  "Keşlə" "Kəpəz"ə belə qalib gəldi - Video
16:32
  Ramiz Məmmədov: “Nostradamus deyilik”
16:25
  “Şanslar yenə bərabərdir” – Yunis Hüseynov
16:06
  "Borussiya"da baş məşqçisi dəyişdi
15:36
  “Zirə” – “Neftçi” - heyətlər
13:40
  "Keşlə" - "Kəpəz" - heyətlər
12:13
  Banişevskisiz 20 il...
02:30
  "Monako"nun oyununda 5 qol - Video
01:39
  İtaliya derbisində qalib müəyyənləşmədi
01:15
  PSJ-dən növbəti qələbə - Video
01:00
  Rauf Əliyev 90 dəqiqə oynadı
00:41
  Araz Abdullayev qələbə qolunu vurdu - Video
00:30
  "Qalatasaray"dan möhtəşəm geridönüş
00:02
  "İmarət" "Qarabağ"ı mükafatlandırdı
00:01
  "Tottenhem"dən darmadağın, "Çelsi" uduzdu
  09.12.17
22:44
  Ronaldodan dubl - Video
22:00
  "Borussiya" doğma meydanda xalsız qaldı - Video
21:07
  "Real"dan darmadağın
20:25
  "Bavariya" səfərdən 3 xalla qayıdır - Video
19:27
  "Çelsi"nin məğlubiyyəti - Video
18:57
  Zidandan Ronaldoya dəstək
18:24
  "Çelsi" uduzdu
17:50
  Ukraynanın ən yaxşı futbolçusu odur
17:15
  UEFA "Bavariya"nı cərimələdi
16:46
  Həftənin ən gözəl qol ötürmələri - Video
16:19
  "Problemli futbolçular millidə olmayacaq" - Qurban Qurbanov
15:44
  "Qarabağ" sindromunu qırmaq istəyirik" - Amil Yunanov
15:14
  Ukraynada ilin məşqçisi seçildi
14:20
  Qurban Qurbanov mükafatlandırıldı - Şəkillər
13:52
  “Yuventus” “İnter”ə qarşı - liderlik "savaşı"
13:17
  Etopaz-da 87 canlı oyun
12:44
  "Getmək barədə düşünmürəm" - "Səbail"in legioneri
12:06
  Ağır Atletika millimizdə baş məşqçi dəyişikliyi
11:30
  "Fənərbaxça"nın səfər qələbəsi - Video
10:45
  Buffon oynamayacaq
10:30
  Avroliqada həftənin rəmzi 11-liyi
10:11
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
09:33
  “Bizi istəməyənlər bu cür fikirləşər” – Elvin Yunuszadə
01:15
  "Çelsi"də yeni müqavilə
00:45
  "Fənərbaxça" Bursadan 3 xalla dönür
00:18
  "Qol vurmayanda özümə də təsir edir" - Ramil Şeydayev
00:05
  Nazarovdan qol ötürməsi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore