Mourinyo Moratanı razı saldı

Mourinyo Moratanı razı saldı
DÜNYA FUTBOLU 12 İyun 2017 / 09:45 5448
-  A +

"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyo "Real"ın futbolçusu Alvaro Moratanın komandaya transfer olunmasında israrlıdır.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis ispan hücumçunu Mançester klubuna keçməyə razı salmaq üçün ona zəng edib. Mourinyo Morataya onun komandasına gəlməyi təklif edib. O, 24 yaşlı oyunçuya "Mançester Yunayted"in əsas oyunçusu olacağı vədini verib.

Bundan sonra Moratanın "MY"a keçməyə razı olduğu bildirilib.

Qeyd edək ki, A.Morata ötən mövsüm 43 matçda 20 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın