Qvardiola İspaniyaya meydan oxudu - Şəkil

Qvardiola İspaniyaya meydan oxudu - Şəkil
DÜNYA FUTBOLU 11 İyun 2017 / 19:43 7864
-  A +

“İstəməsələr belə, biz referendumu keçirəcəyik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kataloniyanın İspaniyanın tərkibində qalıb-qalmaması məqsədilə keçiriləcək referendumla bağlı təşkil edilən mitinqdə iştirak edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, o bildirib ki, Kataloniya əhalisi bu il oktyabrın 1-nə təyin edilən səsvermədə İspaniyanın tərkibindən çıxmaq və öz gələcəyi üçün səs verəcək. “İspaniya istəməsə belə, biz bunu edəcəyik” – deyə Qvardiola bildirib.

“Biz 18 dəfə referendum keçirmək istəmişik, amma hər dəfə bunun qarşısını alıblar. Bununla da Kataloniya əhalisinin 80 faizinin müstəqilliklərinə dəstək verməsinin qarşısını alıblar. Amma artıq bizim başqa yolumuz yoxdur. Səs verməliyik”.

Qeyd edək ki, İspaniya dövləti oktyabrın 1-nə təyin edilən referendumu qanunsuz hesab edir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı