İngiltərə dünya çempionu oldu

İngiltərə dünya çempionu oldu
DÜNYA FUTBOLU 11 İyun 2017 / 16:14 4949
-  A +

İngiltərə millisi (U-20) gənclər arasında dünya çempionatının qalibi olub.

Qol.az-ın xəbərinə görə, britaniyalılar finalda Venesuelaya 1:0 hesabı ilə qalib gəliblər. Qolu 34-cü dəqiqədə “Everton”un hücumçusu Dominik Kelvert-Lyoni vurub. Beləliklə, ingilislər tarixlərində ilk dəfə gənclər səviyyəsində (U-17, U-20) planetin ən güclüsü adını qazanıblar. Bu, eyni zamanda 1966-cı ildən sonra İngiltərənin futbolda ilk dünya çempionluğudur.

3-cü yer uğrunda oyunda isə İtaliya Uruqvaydan üstün olub (0:0, penaltilər seriyasında 3:1).


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı