“Barselona”nın bu formasını geyinənə 15 ilədək həbs... - ərəblərdən sərt qadağa

“Barselona”nın bu formasını geyinənə 15 ilədək həbs... - ərəblərdən sərt qadağa
DÜNYA FUTBOLU 11 İyun 2017 / 14:01 6783
-  A +

Qətərlə diplomatik əlaqələri dayandırdıqdan sonra Səudiyyə Ərəbistanı hökuməti üzərində “Qatar Airways” sözləri yazılan formalara qadağa qoyub.

Qol.az-ın “Sky İtalia”ya istinadən yaydığı xəbərə görə, bu formanı geyinən hər bir şəxsi 135 min avroluq cərimə və 15 ilədək həbs cəzası gözləyir. Burada söhbət konkret olaraq, “Barselona”nın formasından gedir. Məlumdur ki, Qətərin aviaşirkəti olan “Qatar Airways” Kataloniya klubunun baş sponsorudur və komanda oyunlara üzərində bu kompaniyanın adı yazılan formayla çıxır.

Yeni mövsümdən isə “Barselona”nın əsas sponsoru Yaponiyanın “Rakuten” şirkəti olacaq.


Son xəbərlər