Ruslar Dik Advokatı Bakıya buraxmırlar

Ruslar Dik Advokatı Bakıya buraxmırlar
DÜNYA FUTBOLU 18 Mart 2010 / 11:58 2383
-  A +

«Avro-2012»də Azərbaycan millisinin rəqibi olan Belçikanın baş məşqçisi Dik Advokat tutduğu vəzifədən istefa verməyə hazırlaşır. Qol.Az-ın «Sport-Ekspress» qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis məşqçilik karyerasını Rusiyada davam etdirməyə hazırlaşır. Bildirilir ki, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko Advokatı ölkə millisinə gətirməyə razı sala bilib.
Xatırladaq ki, adları çəkilən şəxslər Sankt-Peterburqun «Zenit» klubunda birgə işləyiblər. Fursenkonun prezident, Advokatın baş məşqçisi olduğu «Zenit» Rusiya çempionu, UEFA kubokunu və Avropa superkubokunu qazanıb.


Son xəbərlər