Çempionlar Liqasının bütün 1/4 finalçıları bəlli oldu

Çempionlar Liqasının bütün 1/4 finalçıları bəlli oldu
DÜNYA FUTBOLU 18 Mart 2010 / 10:50 2266
-  A +

Dünən UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Qol.Az-ın məlumatına görə, 1/4 finalda “Barselona” , “Bordo”, İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, İtaliyanın ”İnter”, Almaniyanın “Bavariya”, Fransanın “Lion” və Rusiyanın MOİK komandaları iştirak edəcəklər. Sabah UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Klublar reytinqlərinə görə səbətlərə bölünmədiyindən, “kor püşk” eyni ölkələrin, bir qrupda mübarizə aparmış komandaları üzləşdirə bilər.

Çempionlar Liqası, 1/4 final mərhələsi
Cavab görüşləri

17 mart
“Barselona” – “Ştutqart” – 4:0
Messi, 13, 60, Pedro, 22, Krkiç, 89
İlk oyun – 1:1

“Bordo” – “Olimpiakos” – 2:1
Qurkyuff, 5, Şamah, 89 – Mitrioğlu, 65
İlk oyun – 1:0


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı