Ağasəlim Mircavadov: «Komandamın Lənkəranda belə oyununu xatırlamıram»

Ağasəlim Mircavadov: «Komandamın Lənkəranda belə oyununu xatırlamıram»
PREMYER LİQA 17 Mart 2010 / 20:35 3582
-  A +

«Son illər «Xəzər Lənkəran»ın belə gərgin və maraqlı oyun nümayiş etdirdiyini xatırlamıram. Bu gün azarkeşlər gözəl bir futbola tamaşa etdilər». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»a qarşı ölkə kubokunun təkrar matçından sonra «Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov bildirib. Rəqib azlıqda qalandan sonra futbolçularının arxayınlaşdığını deyən A.Mircavadov «Qarabağ»ın son dəqiqələrdə nümayiş etdirdiyi oyunla bağlı müsbət fikirlər səsləndirib: «9 nəfərlə qalan komandanın belə əzmkar oyun nümayiş etdirməsi çox nadir hallarda görünüb».
Xatırladaq ki, bu gün «Qarabağ»a 1:0 hesabı ilə qalib gələn (ilk oyunda 1:2) «Xəzər Lənkəran» Azərbaycan kubokunun yarımfinalına vəsiqə qazanıb. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi