ÇL-in qrupunda birbaşa oynayacaq 22 komanda - siyahı

ÇL-in qrupunda birbaşa oynayacaq 22 komanda - siyahı
DÜNYA FUTBOLU 29 May 2017 / 11:25 7817
-  A +

2017/18 mövsümü Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq bütün 22 klub müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, hazırkı durumda qrupda ən çox klubla (4) İngiltərənin təmsil olunacağı qətiləşib. Bu ölkənin qrupdakı sonuncu təmsilçisi “Mançester Yunayted” Avroliqanın qalibi kimi ÇL-ə qatılacaq. Lakin pley-pff-dan sonra bu say 5-ə də qalxa bilər.

Aşağıda adları qeyd edilən klublar qrupa birbaşa vəsiqə qazanıb:

İspaniya: «Real», «Barselona», «Atletiko»
Almaniya: «Bavariya», «RB Leyptsiq», «Borussiya» Dortmund
İngiltərə: «Çelsi», «Tottehem», «Mançester Siti», «Mançester Yunayted»
İtaliya: «Yuventus», «Roma»
Fransa: «Monako», «PSJ»
Portuqaliya: «Benfika», «Portu»
Rusiya: «Spartak»
Ukrayna: «Şaxtyor»
Belçika: «Anderlext»
Türkiyə: «Beşiktaş»
İsveçrə: «Bazel»
Hollandiya: «Feyenoord»

Qrupda yarışacaq daha 10 komanda isə təsnifat mərhələsinin oyunlarından sonra bilinəcək. Azərbaycanı bu yarışda təmsil edən “Qarabağ” ÇL-ə ikinci mərhələdən başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi