“CBC Sport” onunla yolları ayırdı – açıqlama

“CBC Sport” onunla yolları ayırdı – açıqlama
GÜNDƏM 29 May 2017 / 11:09 4584
-  A +

“CBC Sport” TV-nin yaradıcılarından biri, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli telekanalı tərk edir.

Qol.az-ın xəbərinə görə, bu haqda telekanalın yaydığı məlumatda deyilir.

“Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub.

İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi” PFK-da davam etdirəcək. Amma qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır” – deyə məlumatda bildirilib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord