4-cü dəfə "Qızıl buts"un sahibi oldu

4-cü dəfə "Qızıl buts"un sahibi oldu
GÜNDƏM 29 May 2017 / 10:04 5231
-  A +

Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan “Qızıl buts" mükafatının sahibi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu mükafata "Barselona"nın futbolçusu Lionel Messi sahib çıxıb. O, cari mövsüm La Liqada 34 oyunda 37 qol vurub.

Bas Dost ("Sportinq", 34 qol) ikinci, Pyer-Emerik Obameyanq ("Borussiya", Dortmund, 31 qol) üçüncü olub.

Qeyd edək ki, L.Messi futbolçu karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. O, bundan əvvəl 2010, 2012, 2013 illərdə Avropa çempionatlarının ən yaxşı bombardiri seçilib. Bununla da o, "Qızıl buts"u 4 dəfə qazanan "Real"ın hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı