Uord millimizlə oyunu buraxacaq

Uord millimizlə oyunu buraxacaq
ÖLKƏ FUTBOLU 29 May 2017 / 01:25 2717
-  A +

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində daha bir itki var.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın əsas hücumçularından olan Ceymi Uord zədə səbəbində millimizlə görüşü buraxacq.

İngiltərənin "Nottingem Forest" klubunda  çıxış edən 31 yaşlı forvard mövsümün son oyununda zədələnib.

Qeyd edək ki, komandanın digər hücumçusu Konor Vaşinqton toyu ilə əlaqədar millimizlə görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər