“Beşiktaş” çempion!

“Beşiktaş” çempion!
ÖLKƏ FUTBOLU 28 May 2017 / 21:55 5150
-  A +

Bu gün Türkiyə superliqasında 2016/17 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu, lider “Beşiktaş”ın səfərdə autsayder “Qaziantepspor”a 4:0 hesabı ilə qalib gəlməsindən sonra baş verib. Oyunda qolları Ryan Babel (6-cı dəq.), Oğuzxan Özyakup (39) və Anderson Taliska (66, 76) vurublar.

Beləliklə, sona bir tu qalmış “Beşiktaş”la (74 xal) onun ən yaxın izləyicisi – ikinci pillədəki “İstabul Başakşehir” (70) arasında 4 xallıq fərq yaranıb və “qara-qartal” ardıcıl 2-ci, ümumilikdə 15-ci dəfə ölkə çempionu olub. Bununla da, "qara-qartal" həm də üçüncü ulduzu qazanıb.
 

Daha çox


Son xəbərlər