"Qəbələ"də bizə olan münasibət xoşuma gəlmirdi" – Ruslan Fomin

"Qəbələ"də bizə olan münasibət xoşuma gəlmirdi" – Ruslan Fomin
GÜNDƏM 28 May 2017 / 15:20 5853
-  A +

Hazırda Ukraynanın "İlyiçevets" klubunda çıxış edən Ruslan Fomun "Qəbələ" karyerası barədə öz ölkəsinin mətbuatına danışıb.

- "Çernomorets"dən "Qəbələ"yə gedərkən, klubu məcburən tərk etməli olduğunu bildirmişdin. Nəyə görə belə demişdin?

- Odessada böyük maliyyə çətinlikləri var idi və mənə təklif gəldi. Roman Qriqorçukun köməkçisi zəng edərək, "Bizimlə davam etməyə hazırsan?" deyə soruşdu. Mən isə gerisini düşünmədən "Bəli" dedim. Məşqçinin arxasınca yollandım.

- Belə fikir yaranır ki, oyunçular Şərqə pul qazanmaq və ya karyeralarını bitirmək üçün gedirlər...

- Karyeramla bağlı belə bir düşüncə ağlıma da gəlməmişdi. Maliyyə məsələsinə gəldikdə, orada ağlasığmaz müqavilələr yox idi. Əmək haqqı "Çernomorets"dəki ilə müqayisədə yüksək idi, amma çox da yox.

- "Qəbələ" Azərbaycanda varlı klublardan biri sayılır...

- Ən varlı. Amma bizim, məsələn, Yuri Syominin dövründəki kimi müqavilələrimiz yox idi. İki dəfə azaldılmışdı. Bu, dəqiqdir.

- "Qəbələ"də niyə möhkəmlənə bilmədin?

- Mən özümə bu sualı verdim. Məşqçini də, onun tələblərini də bilirdim. Ağır idi. Ümumi vəziyyətin dəyişməsi təsir göstərirdi. Azərbaycanda hər şey başqa cür idi. Din, insanlar... Münasibət xoşuma gəlmirdi. Komandada məşqçi ilə birgə gəlməyimizdən doğan gərginlik hiss olunurdu.

- Sizə başqa cür münasibət göstərirdilər?

- Deyərdim ki, bizimlə elə də danışmırdılar. Biz - əsasən, "Çernomorets"in keçmiş futbolçuları, öz aramızda ünsiyyətdə olurduq. Ümumiyyətlə, kollektivdə bizimlə ünsiyyət elə də çox deyildi. Əvvəlcə uğursuzluqlar başladı, nəticələr olmadı. Bu da bizə çox təsir etdi. Mətbuat da əsasən, futbolçuları Qriqorçukun gətirdiyini bildirirdi. Belə təəssürat yaranırdı ki, biz dördlükdə (Fomin, Bezotosnı, Qay, Sivakov) bütün Azərbaycan komandalarını yenməliyik. Mənə orada olmaq həqiqətən də çox ağır idi. Otel və futbol meydanlarından başqa heç nə yox idi. Sonradan düşündüm ki, çətinliklərə baxmayaraq, gərək Odessada qalardım. "Çernomorets"dən hər hansı narazılığım yoxdur.

- Əmək haqqınızı tam ödədilər?

- Bəli, daşınmaz əmlakla. İndi Odessada mənzilim var (sportnet.az).

Daha çox


Son xəbərlər