“Daha övladı olmayacaq” – Ronaldonun anası

“Daha övladı olmayacaq” – Ronaldonun anası
XƏBƏR 28 May 2017 / 14:10 7576
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldonun anası Dolores Santuş oğlunun sevgilisi Ceorcina Rodrigesin hamilə olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Qeyd edək ki, Ronaldo bugünlərdə İnstagramda paylaşdığı şəkildə əlini sevgilisinin qarnına qoyub. Bundan sonra belə şayiə yayılıb ki, məşhur futbolçu uşaq gözləyir.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, Ronaldonun anası məsələ ilə bağlı deyib: “Bu, mənasız söhbətdir. Şəkildə o, əlini sadəcə sevgiliisinin qarnına qoyub. Bir də mən bildiyimə görə, daha Kriştianonun övladı olmayacaq”.

Qeyd edək ki, hazırda Ronaldonun 7 yaşlı oğlu var.  

Daha çox


Son xəbərlər