Ərdoğan “arena olmaz" dedi - 4 stadionun adı dəyişdi

Ərdoğan “arena olmaz" dedi - 4 stadionun adı dəyişdi
GÜNDƏM 28 May 2017 / 13:02 7113
-  A +

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan stadionun adlarında “arena” sözünün çıxarılması ilə bağlı göstəriş verib.

Qol.az-ın xəbərinə görə, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb. Artıq Türkiyə Futbol Federasiyasının saytında adında “arena” sözü olan idman qurğuları “stadion” sözü ilə əvəzlənib.

Ərdoğan bugünlərdə deyib: "Mən "arena"ların əleyhinəyəm. Arenalarda nələrin edildiyini bilirsiniz? Orada heyvanlar insanları öldürüblər. Mən nazirə göstəriş vermişəm. Biz bütün stadion adlarından bu sözü yığışdırırıq. Belə ifadə bizim dilimizdə yoxdur və olmamalıdır". 

Ərdoğanın bu açıqlamasından sonra əvvəlcə "Qalatasaray" klubu öz stadionunun adından "arena" sözünü götürüb. Bundan sonra stadion "Türk Telekom Arena"nın əvəzinə "Ali Sami Yen Sports Complex Türk Telekom Stadium" adlanacaq.

Bu gün isə məlum olub ki, “Beşiktaş”ın “Vodafone Arena” stadionu “Vodafone Stadyum”, “Aytemiz Alanyaspor”un “Bahçeşehir Okulları Arena” stadionu “Bahçeşehir Okulları Stadyum”, 1-ci liqada yarışan “Şanlıurfaspor”un “GAP Arena” stadionu isə “GAP Stadyum” adları ilə əvəzlənib.

Daha çox


Son xəbərlər