“Beşiktaş” bu gün çempion ola bilər – bir qələbə yetər

“Beşiktaş” bu gün çempion ola bilər – bir qələbə yetər
XƏBƏR 28 May 2017 / 12:37 2831
-  A +

Türkiyə superliqasında 2016/17 mövsümünün qalibi bu gün müəyyənləşə bilər.

Qol.az-ın xəbərinə görə, lider “Beşiktaş” bu gün səfərdə autsayder “Qaziantepspor”la qarşılaşacaq. “Qara qartal” yeni mövsümdən birinci liqada oynayacağı qətiləşən “Qaziantepspor”a qalib gələcəyi təqdirdə sona bir tur qalmış çempionuğu rəsmiləşdirəcək. Matç Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Qeyd edək ki, 32 oyundan 71 xalı olan “Beşiktaş” birinci, onun ən yaxın izləyicisi – ikinci pillədəki “İstabul Başakşehir”in isə 33 oyundan 70 xalı var.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın