Qrizmann “Atletiko”da qalır

Qrizmann “Atletiko”da qalır
XƏBƏR 28 May 2017 / 12:21 2596
-  A +

“Atletiko”nun prezidenti Enrike Sereso futbolçuları Antuan Qrizmannın “Mançester Yunayted”ə keçəcəyi haqda xəbərlərə qısa münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən jurnalistlərdən birinin “Qrizmann “Visento Kalderon”da (“Atletiko”nun stadionu – red.) qalacaqmı” sualına E.Sereso belə cavab verib: “Yox. O, yeni mövsümdə “Vanda Metropolitano”da (“Atletiko”nun yeni stadionu – red.) oynayacaq”.

Qeyd edək ki, “Atletiko” 51 il matçlarını “Visento Kalderon”da keçirib. Klubun yeni - “Vanda Metropolitano” arenasında isə işlər yekunlaşıb və komanda 2017/18 mövsümündən orada çıxış edəcək.

Daha çox


Son xəbərlər