«Şaxtyor» da «Birlik kuboku»nu ələ saldı: Donets klubu Moskvaya üçüncü komandasını göndərir

«Şaxtyor» da «Birlik kuboku»nu ələ saldı: Donets klubu Moskvaya üçüncü komandasını göndərir
DÜNYA FUTBOLU 13 Yanvar 2009 / 12:12 3288
-  A +

Ukraynanı «Birlik kuboku»nda təmsil edəcək «Şaxtyor» Moskvaya üçüncü heyətlə gedəcək. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Donetsk klubu turnirdə iştirak edən ən gənc kollektiv kimi tarixə keçəcək.  Klub rəhbərliyi MDB və Baltikyanı ölkələrin çempionlarının yarışına Ukrayna çempionatının ikinci liqasında mübarizə apran «Şaxtyor-3» göndərməyi qərara alıb. Yeri gəlmişkən, İqor Leonovun rəhbərlik etdiyi kollektivin üzvlərinin yaşı 17-18 arasında dəyişir. Leonovun sözlərinə görə, «Şaxtyor»un əvəzedici heyətindən iki 19 yaşlı futbolçu əsas komanda cəlb ediləcək.


Son xəbərlər