“Anam qol vurduğuma inanmayacaq” – “Yuventus”un 17 yaşlı hücumçusu

“Anam qol vurduğuma inanmayacaq” – “Yuventus”un 17 yaşlı hücumçusu
GÜNDƏM 28 May 2017 / 11:16 5924
-  A +

“Yuventus”un hücumçusu Moyze Kin 17 yaşında A seriyasında qol vurub.

Qol.az-ın xəbərinə görə, o, dünən 38-ci turun “Bolonya”ya qarşı səfər matçının (2:1) 78-ci dəqiqəsində meydana daxil olub, 90+4-cü dəqiqədə isə komandasının qələbə qolunu vurub.

“17 yaşında istənilən futbolçu böyük bir klubun heyətində qol vurmaq istəyir. Hər şey əladır, amma qarşıda görüləcək çox iş var. Mən əsas komanda ilə məşq etməklə  xeyli təcrübə toplamışam” – deyə matçdan sonra Moyze Kin deyib.

O, bu qolu ailəsinə, anasına həsr etdiyini deyib: “Amma düşünürəm ki, anam mənim qol vurduğuma inanmayacaq”.

Daha çox


Son xəbərlər