“Borussiya” mövsümü kubokla bitirdi

“Borussiya” mövsümü kubokla bitirdi
DÜNYA FUTBOLU 28 May 2017 / 00:29 3115
-  A +

Almaniya kubokunun qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, finalda “Ayntraxt” və Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib.

“Borussiya” erkən qolla hesabı açsa da, yarım saatın tamamında matçda status-kvo bərpa olunub.

Fasilədən sonra rəqibin qapısına ikinci dəfə yol tapan Dortmund klubu ölkə kubokuna sahib çıxıb.


Almaniya kuboku

FİNAL

27 may

“Ayntraxt” - “Borussiya” (Dortmund) 1:2
Qollar:
Dembele, 8 (0:1), Rebic, 29 (1:1), Aubameyanq, 67 (1:2)

Son xəbərlər