“Slaviya” 8 ildən sonra çempion oldu

“Slaviya” 8 ildən sonra çempion oldu
XƏBƏR 28 May 2017 / 00:00 3282
-  A +

Çexiyada 2016/2017 mövsümünün çempionu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, son turda “Zbroevku”nu darmadağın edən (4:0) “Slaviya” qızıl medallara sahib çıxıb.

Praqa təmsilçisi son çempion “Viktoriya Plzen”i 2 xal qabaqlayıb.

Qeyd edək ki, 2015-ci ildən çinli iş adamlarının rəhbərlik etdiyi “Slaviya” sonuncu dəfə ölkə çempionu adını 2009-cu ildə qazanmışdı.

 

Daha çox


Son xəbərlər