"Arsenal" İngiltərə kubokunun qalibi oldu

"Arsenal" İngiltərə kubokunun qalibi oldu
GÜNDƏM 27 May 2017 / 22:28 3929
-  A +

Bu gün İngiltərə kubokunda final oyunu keçirilib.

Qol.az-ın xəbərinə görə, həlledici görüşdə “Çelsi” və “Arsenal” üz-üzə gəlib. Matç Arsen Vengerin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Arsenal" cari mövsüm ilk kubokunu qazanıb.

"Arsenal" - "Çelsi" - 2:1
Qollar:
Aleksis Sançes, 4 (1:0), Dieqo Kosta, 76 (1:1), Aaron Remzi, 79 (2:1)
Qırmızı vərəqə: Viktor Moses ("Çelsi"), 68


Xatırladaq ki, “Çelsi” bu mövsüm Premyer Liqanın qalibi olub. “Arsenal” isə mövsümü 5-ci pillədə başa vurub.

Daha çox


Son xəbərlər